...

Azərbaycanın Qarabağ Azadlıq Təşkilatı Türkiyə jurnalistinin Dağlıq Qarabağa səfərinə etiraz edib

Ermənistan-Azərbaycan münaqişəsi Materials 17 Noyabr 2009 16:22 (UTC +04:00)
"Türkiyənin "Axşam" qəzetinin müxbiri Nagehan Alçının Azərbaycan hakimiyyətinin razılığı olmadan Dağlıq Qarabağa səfər etməsi və orada məsuliyyətsiz bəyanatla çıxış etməsi artıq Türkiyə ilə Azərbaycan arasında qorxulu proseslərin başlandığından xəbər verir", - Trend News-un məlumatına görə, Qarabağ Azadlıq Təşkilatının (QAT) çərşənbə axşamı qəbul etdiyi bəyanatda bildirilir.
Azərbaycanın Qarabağ Azadlıq Təşkilatı Türkiyə jurnalistinin Dağlıq Qarabağa səfərinə etiraz edib

Azərbaycan, Bakı, 17 noyabr / Trend , müxbir A.Hüseynbala/

Azərbaycanın Qarabağ Azadlıq Təşkilatı Türkiyə jurnalistinin Dağlıq Qarabağa səfərinə etiraz edib.

"Türkiyənin "Axşam" qəzetinin müxbiri Nagehan Alçının Azərbaycan hakimiyyətinin razılığı olmadan Dağlıq Qarabağa səfər etməsi və orada məsuliyyətsiz bəyanatla çıxış etməsi artıq Türkiyə ilə Azərbaycan arasında qorxulu proseslərin başlandığından xəbər verir", - Trend -un məlumatına görə, Qarabağ Azadlıq Təşkilatının (QAT) çərşənbə axşamı qəbul etdiyi bəyanatda bildirilir.

Trend -un arayışı: İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

Bəyanatda vurğulanır ki, türkiyəli müxbir bir tərəfdən Azərbaycanın ərazi bütövlüyünə və qanunlarına hörmətsizlik nümayiş etdirir, digər tərəfdən isə jurnalistlik missiyasına sığışmayan bəyanatla çıxış edir. "O, bildirib ki, guya "Dağlıq Qarabağın erməni ərazisi olduğuna" əmin olub. Bu və ya digər sərsəm fikirləri səsləndirərkən jurnalistin nəyə əsaslandığı məlum deyil", - QAT bəyan edir.

Təşkilat hesab edir ki, bu hadisə işğalçı Ermənistan rejimi və erməni diasporunun Azərbaycan-Türkiyə münasibətlərinə zərbə vurmaq üçün həyata keçirdikləri təxribat kampaniyasının tərkib hissəsidir. "Ona görə də Türkiyə hökuməti həmin müxbirin etnik mənsubiyyəti və Ermənistan xüsusi xidmət orqanları ilə əlaqələrini təcili araşdırmalıdır. Bu cür adamların erməni təşkilatları ilə əlaqələri və ermənilərə muzdla xidmət göstərmək ehtimalları istisna edilmir", - bəyanatda deyilir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti