...

Dağlıq Qarabağa dair çəkilən film kifayət qədər faktları özündə birləşdirir - Azərbaycan Mətbuat Şurasının sədri

Ermənistan-Azərbaycan münaqişəsi Materials 12 Yanvar 2010 15:56 (UTC +04:00)
Erməni vandalizmi və Dağlıq Qarabağa dair çəkilən film kifayət qədər faktları özündə birləşdirir. Trend News-un məlumatına görə, bunu çərşənbə axşamı keçirilən filmin təqdimatında Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib.
Dağlıq Qarabağa dair çəkilən film kifayət qədər faktları özündə birləşdirir - Azərbaycan Mətbuat Şurasının sədri

Azərbaycan, Bakı, 12 yanvar / Trend , müxbir M.Əliyev/

Erməni vandalizmi və Dağlıq Qarabağa dair çəkilən film kifayət qədər faktları özündə birləşdirir. Trend -un məlumatına görə, bunu çərşənbə axşamı keçirilən filmin təqdimatında Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib.

  "Dağlıq Qarabağla bağlı kifayət qədər fakt var ki, onlar ayrıca film şəklində geniş işıqlandırılmalıdır", - Amaşov deyib.

Trend İnformasiya Agentliyi Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə "Sözün bitdiyi zaman" adlı sənədli film çəkib. Film ingilis və rus dillərində yayımlanacaq. Fimin ideya müəllifi və layihənin koordinatoru Emil Hüseynli, quruluşçu rejissoru Nazim Şərbətovdur.

Amaşov hesab edir ki, hər bir vətəndaş Dağlıq Qarabağ problemini beynəlxalq aləmə çatdırmaq üçün fəaliyyətini gücləndirməlidir.

"Hər bir problemi - bulağın dağıdılması, məscidin dağıdılması, uşağın barmağının kəsilməsi, ananın öldürülməsi və bu kimi kiçik faciəni biz böyüdüb ümumi bəşəri faciəyə çevirməliyik. Bu istiqamətdə müəyyən addımlar atmalıyıq, bizim işimiz haqq işidir və bu haqq işini dünyaya çatdırmalıyıq", - Amaşov əlavə edib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

Xəbər lenti

Xəbər lenti