...

Azərbaycanlı politoloqlar Ərdoğanın Moskvadakı və Lavrovun Yerevandakı danışıqlarının yekunlarına fərqli qiymət verirlər (SORĞU)

Ermənistan-Azərbaycan münaqişəsi Materials 15 Yanvar 2010 13:43 (UTC +04:00)
Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan yanvarın 12-13-də Rusiyaya səfər edib, bir gün sonra isə Rusiyanın xarici işlər naziri Sergey Lavrov Yerevanda danışıqlar aparıb.
Azərbaycanlı politoloqlar Ərdoğanın Moskvadakı və Lavrovun Yerevandakı danışıqlarının yekunlarına fərqli qiymət verirlər (SORĞU)

Azərbaycan, Bakı, 15 yanvar / Trend , müxbir M.Əliyev/

Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan yanvarın 12-13-də Rusiyaya səfər edib, bir gün sonra isə Rusiyanın xarici işlər naziri Sergey Lavrov Yerevanda danışıqlar aparıb.

TREND Agentliyi azərbaycanlı politoloqlardan həmin danışıqları Dağlıq Qarabağ münaqişəsinin həll edilməsi perspektivləri baxımından qiymətləndirnəyi xahış edib.

Politoloq Oqtay Sadıxov

Lavrovun Yerevana səfəri Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın Moskvaya səfərinin məntiqi davamı olub. Ankara Moskvaya qarşı "təzyiqi artırmağı" qərara alıb ki, Moskva da öz növbəsində Yerevana təzyiq göstərsin. Və bunda məqsəd Türkiyə Parlamentində Sürix protokollarının ratifikasiyasının əvəzində Azərbaycan rayonlarının azad edilməsidir.

Türkiyənin "Cənub axını" üzrə Rusiya ilə yaxşı enerji müqaviləsi var, Türkiyə Rusiyanın Avrasiya miqyasında əsas energetika, hətta ticarət tərəfdaşıdır. Bu faktları nəzərə alaraq Rusiya Ermənistana təsir edə bilər.

Təsadüfi deyil ki, üç hadisə - yanvarın 1-dən etibarən Azərbaycan qazının Rusiyaya tədarükünün iki dəfə artırılması, Ərdoğanın Moskvaya səfəri və Lavrovun Yerevana səfəri hadisələri öz aralarında qaçılmaz əlaqələrə malikdir. Bu səfərlər bizdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqlar prosesində nikbin hisslər yaradır.

Digər məsələ ondan ibarətdir ki, Ermənistanın daxilindəki vəziyyət o qədər çətinləşib və gərginləşib ki, protokolları imzalamaqla və onlara "yaşıl işıq" verməklə Ermənistan hökuməti özünü Ter-Petrosyanın rəhbərliyi ilə radikal erməni müxalifətinin zərbəsi altına qoyub.

Politoloq Zərdüşt Əlizadə

Rusiya Ermənistan və Azərbaycanı öz təsiri altında saxlamaq üçün münaqişəni yenə də uzatmağa cəhd edir. Lakin bu o demək deyil ki, Rusiya buna nail olacaq. Dövr dəyişir, qüvvələrin nisbəti dəyişir. Azərbaycan artıq Ermənistanda Azərbaycanın qanuni hüquqları ilə hesablaşılması üçün kəskin tədbirlər görə bilər.

Ermənistanın xarici işlər naziri Sergey Lavrovun Yerevana səfəri iki variantla bağlı ola bilər: əvvəlki mövqeyindən dönməmək üçün Ermənistana dəstək göstərmək, yaxud da Rusiya Prezidenti Dmitri Medvedev və Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan arasında razılaşmaya uyğun olaraq hansısa irəliləyişlə bağlı ola bilər. Lakin ikinci variant inandırıcı deyil. Rusiyalı nazirin səfərinin daha inandırıcı variantı Ermənistanı ruhlandırmaqdan ibarətdir. Bu cür şəraitdə cari ildə Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında irəliləyiş gözləmək olmaz. Əgər Qərb separatçılara maliyyə dəstəyi göstərməyə başlayıbsa, bu zaman bütün ümidlər Azərbaycanın şəxsi siyasətinə bağlanır.

Politoloq Rasim Musabəyov

Rusiya da ABŞ və Avropa kimi Türkiyə-Ermənistan yaxınlaşmasını və Dağlıq Qarabağ münaqişəsini ayrı-ayrı məsələlər hesab edirlər. Türkiyənin bu xüsusda danışmağı vacibdir. Lakin Türkiyə deyir ki, Dağlıq Qarabağ münaqişəsində irəliləyiş olmayana qədər Ermənistanla sərhədləri açmayacaq və münasibətləri normallaşdırmayacaq.

Rusiya 2010-cu ildə də Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında irəliləyiş olması üçün öz potensialından istifadə edə bilər. Bundan sonra nə olacağı - Ermənistan-Türkiyə münasibətlərinin normallaşıb-normallaşmayacağı sonda Ermənistan-Türkiyə əlaqələri məsələsidir.

Xəbər lenti

Xəbər lenti