...

Azərbaycan Ordusunun əsgəri yaralanıb

Ermənistan-Azərbaycan münaqişəsi Materials 20 Yanvar 2010 15:15 (UTC +04:00)
Hüquq-mühafizə orqanlarından çərşənbə günü Trend News-a verilən məlumata görə, Fizuli rayonu istiqamətində qoşunların təmas xəttində Ermənistan Silahlı Qüvvələrinin hərbçiləri tərəfindən Azərbaycan əsgəri Həsənov Rusif Yusubəli oğlu snayperlə vurulub.
Azərbaycan Ordusunun əsgəri yaralanıb

Azərbaycan, Bakı, 20 yanvar / Trend , muxbir K.Zərbalıyeva/  Azərbaycan Ordusunun əsgəri yaralanıb.

Hüquq-mühafizə orqanlarından çərşənbə günü Trend -a verilən məlumata görə, Fizuli rayonu istiqamətində qoşunların təmas xəttində Ermənistan Silahlı Qüvvələrinin hərbçiləri tərəfindən Azərbaycan əsgəri Həsənov Rusif Yusubəli oğlu snayperlə vurulub.

Əsgər ağır xəsarət alıb və qospitala yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Trend -un arayışı: ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Robert Bratke yanvarın 18-də Dağlıq Qarabağa səfəri zamanı erməni icmasının nümayəndələri ilə görüşüb. Görüşdə problemin həlli yolları müzakirə edilib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Baş Assambleyasının Dağlıq Qarabağın və işğal olunmuş ərazilərin azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib

Xəbər lenti

Xəbər lenti