...

Azərbaycan - Ermənistan təmas xəttində keçirilən monitorinq insidentsiz ötüşüb

Ermənistan-Azərbaycan münaqişəsi Materials 24 İyun 2010 12:46 (UTC +04:00)
Müdafiə Nazirliyi mətbuat xidmətindən cümə axşamı Trend-ə verilən məlumata görə, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, iyunun 24-də Goranboy rayonu Borsunlu kəndinin cənub istiqamətindəki təmas xəttində monitorinq baş tutub.
Azərbaycan - Ermənistan təmas xəttində keçirilən monitorinq insidentsiz ötüşüb

Azərbaycan, Bakı, 24 iyun /Trend, müxbir K. Zərbalıyeva/

Azərbaycan-Ermənistan təmas xəttində keçirilən monitorinq insidentsiz ötüşüb.

Müdafiə Nazirliyi mətbuat xidmətindən cümə axşamı Trend-ə verilən məlumata görə, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, iyunun 24-də Goranboy rayonu Borsunlu kəndinin cənub istiqamətindəki təmas xəttində monitorinq baş tutub.

Monitorinqi Azərbaycan tərəfdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik, onun şəxsi nümayəndəsinin ofisinin koordinatoru İmre Palatinus və səhra köməkçisi Uilyam Proyor keçiriblər.

Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazisi sayılan təmas xəttinin qarşı tərəfində isə monitorinqi ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Antal Herdiç və Caslan Nurtazin keçiriblər.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan silahlı qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağın və işğal olunmuş ərazilərin azad edilməsinə dair qəbul etdiyi dörd qətnamə Ermənistan tərəfindən bu günə qədər yerinə yetirilməyib.

Xəbər lenti

Xəbər lenti