...

Azərbaycan və Türkiyə parlamentariləri Dağlıq Qarabağ münaqişəsi ilə bağlı eyni mövqedədir - Mustafa Kabakçı

Ermənistan-Azərbaycan münaqişəsi Materials 8 Noyabr 2010 10:44 (UTC +04:00)
Azərbaycanın işğal olunmuş əraziləri məsələsində Türkiyə və Azərbaycan parlamentariləri arasında fikir ayrılığı yoxdur. Bunu bazar ertəsi Bakıda jurnalistlərə Azərbaycan-Türkiyə Parlamentlərarası Dostluq Qrupunun həmsədri Mustafa Kabakçı deyib.
Azərbaycan və Türkiyə parlamentariləri Dağlıq Qarabağ münaqişəsi ilə bağlı eyni mövqedədir - Mustafa Kabakçı

Azərbaycan, Bakı, 8 noyabr /Trend, müxbir R.Hafizoğlu/

Azərbaycanın işğal olunmuş əraziləri məsələsində Türkiyə və Azərbaycan parlamentariləri arasında fikir ayrılığı yoxdur. Bunu bazar ertəsi Bakıda jurnalistlərə Azərbaycan-Türkiyə Parlamentlərarası Dostluq Qrupunun həmsədri Mustafa Kabakçı deyib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Kabakçı əlavə edib ki, Türkiyə hər zaman Azərbaycanın yanında olub və bundan sonra da bu kursu davam etdirəcək.

Kabakçı deyib ki, istər Türkiyədə , istərsə də Azərbaycanda iki qardaş ölkə əleyhinə təbliğat aparanlar qardaşlığın düşmənidir.

Xəbər lenti

Xəbər lenti