...

Albaniyanın xarici işlər naziri azərbaycanlı uşağın öldürülməsini pisləyib

Ermənistan-Azərbaycan münaqişəsi Materials 10 Mart 2011 14:59 (UTC +04:00)
Albaniyanın xarici işlər naziri azərbaycanlı uşağın atəşkəsin pozulması nəticəsində öldürülməsini pisləyib
Albaniyanın xarici işlər naziri azərbaycanlı uşağın öldürülməsini pisləyib

Azərbaycan, Bakı, 10 mart /Trend, müxbir S.Ağayeva/

Albaniyanın xarici işlər naziri azərbaycanlı uşağın atəşkəsin pozulması nəticəsində öldürülməsini pisləyib.

"Günahsız insanların, xüsusən də azyaşlı uşaqların qətlə yetirilməsini qətiyyətlə pisləyirik. Ümid edirik ki, belə hadisələr təkrar olunmayacaq" Trend-in məlumatına görə, bunu Azərbaycanda səfərdə olan Albaniyanın xarici işlər naziri Edmond Hacinasto xarici işlər naziri Elmar Məmmədyarovla keçirdiyi birgə mətbuat konfransında erməni snayperindən açılan atəş nəticəsində azyaşlı azərbaycanlının qətlə yetirilməsi faktına münasibət bildirərkən deyib.

"İnanırıq ki, münaqişə tərəflərində kifayət qədər iradə mövcuddur ki, danışıqlar davam etsin. Davamlı sülh insanların normal yaşayışına imkan verəcək", - deyə nazir vurğulayıb.

Ermənistan silahlı qüvvələrinin çərşənbə axşamı saat 17:00-18:00 radələrində Ağdamın işğal altında olan Şıxlar kəndi istiqamətində atəşkəsi pozması nəticəsində 9 yaşlı Orta Qərvənd kənd sakini, Fariz Arif oğlu Bədəlov həyətdə oynayarkən aldığı güllə yarasından ölüb.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib

Xəbər lenti

Xəbər lenti