...

Rusiya ilə Azərbaycanın Humanitar Forumu Qafqaz separatizminin beynəlxalq dəstək qazanmasına qarşı birgə fəaliyyət göstərə bilər - Mübariz Əhmədoğlu

Ermənistan-Azərbaycan münaqişəsi Materials 16 Mart 2011 12:27 (UTC +04:00)
Ermənistan prezidenti Serj Sarkisyanın rəhbərlik etdiyi nümayəndə heyəti Latviyada səfərdə olarkən Şimali Qafqazdakı vəziyyəti müzakirə etdilər.
Rusiya ilə Azərbaycanın Humanitar Forumu Qafqaz separatizminin beynəlxalq dəstək qazanmasına qarşı birgə fəaliyyət göstərə bilər - Mübariz Əhmədoğlu

Azərbaycan, Bakı, 16 mart /Trend, müxbir T.Hacıyev/

Ermənistan prezidenti Serj Sarkisyanın rəhbərlik etdiyi nümayəndə heyəti Latviyada səfərdə olarkən Şimali Qafqazdakı vəziyyəti müzakirə etdilər. Monoetnik Ermənistanın Şimali Qafqazla heç bir etnik və coğrafi təması yoxdur. Belə olan halda, Ermənistanın nə haqla Şimali Qafqazdakı vəziyyəti müzakirə etdiyi bəlli deyil. Bunu çərşənbə günü Trend-ə Siyasi İnnovasiya və Texnologiya Mərkəzinin rəhbəri, politoloq Mübariz Əhmədoğlu deyib.

Politoloq hesab edir ki, son vaxtlar Qərbin Şimali Qafqazda baş verənlərə marağı artıb.

"Ehtimal etmək olar ki, Sarkisyan Rusiya prezidenti Dimitri Medvedevin mövqeyindəki dəyişiklikdən istifadə edərək, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində yeni imitasiya yaratmaqla əlavə vaxt əldə edir. Əldə etdiyi vaxtı isə Qərbin Şimali Qafqaz üzrə "yeni planlarına" həsr edib pul qazanmaq istəyir. Bununla Ermənistan konfliktogenliyinin Qərbə gərəkliliyini bir daha ortalığa qoyur", - o, əlavə edib.

Əhmədoğlunun sözlərinə görə, Azərbaycan Qafqaz separatizmi məsələlərində Ermənistanı səbəbkar və daha təhlükəli hesab etdiyi halda, RF Şimali Qafqaz məsələlərində Gürcüstanı daha təhlükəli hesab edir.

"Nəzərə alınmalıdır ki, Gürcüstan Şimali Qafqaz məsələlərində Ermənistanın getdiyi yolu təkrarlayır. Ermənilər beynəlxalq aləmdə Şimali Qafqaz xalqlarına, onların separatçı ideyalarına dəstək vermişdir. Bu işlər uzun müddət Ermənistan Prezidenti Administrasiyasının yanındakı mütəxəssislər qrupu tərəfindən koordinasiya olunmuşdur. Bu işlə məşğul olan adamların əksəriyyəti Ermənistanda və Çeçenistanda indi də yaşayırlar. Rusiya siyasətçiləri bu istiqamətdə maraq göstərsələr onlara hər şey aydın olacaq", - Əhmədoğlu deyib.

Politoloq bildirib ki, RF ilə Azərbaycan arasında fəaliyyət göstərən Humanitar Forum Qafqaz separatizminin beynəlxalq dəstək qazanmasına qarşı birgə fəaliyyət göstərə bilər.

"Geniş diaspora malik ermənilərin beynəlxalq aləmdə erməni separatizminin bünövrəsini qoyduğu Qafqaz separatizmini indi də təbliğ edirlər. Belə tədbirlərdə Azərbaycan Respublikasının vətəndaşları, dünya azərbaycanlıları ermənilərə qarşı çıxış edirlər. Rusiya vətəndaşlarını da bu işə qatmaqla erməni separatizmi də daxil olmaqla Qafqazdakı separatizmin beynəlxalq dəstəyinə qarşı Azərbaycan-Rusiya cütlüyü yaratmaq lazımdır", - Əhmədoğlu deyib.

Xəbər lenti

Xəbər lenti