...

Rusiya, ABŞ, Fransa Dağlıq Qarabağ münaqişəsi üzrə bəyanat qəbul ediblər (ƏLAVƏ OLUNUB)

Ermənistan-Azərbaycan münaqişəsi Materials 26 May 2011 18:14 (UTC +04:00)
Rusiya, ABŞ və Fransa prezidentləri Mevedev, Obama və Sarkozi Azərbaycan və Ermənistan liderlərini "siyasi iradə nümayiş etdirməyə və iyunda keçiriləcək Ermənistan-Azərbaycan sammiti zamanı əsas prinsiplər üzərində işi [Dağlıq Qarabağ tənzimlənməsi üzrə] başa çatdırmağa çağırıblar.
Rusiya, ABŞ, Fransa Dağlıq Qarabağ münaqişəsi üzrə bəyanat qəbul ediblər (ƏLAVƏ OLUNUB)

Bəyənatın təfərrüatları əlavə olunub (ilk xəbər saat 17:12-də yayılıb)

Rusiya, ABŞ və Fransa prezidentləri Mevedev, Obama və Sarkozi Azərbaycan və Ermənistan liderlərini "siyasi iradə nümayiş etdirməyə və iyunda keçiriləcək Ermənistan-Azərbaycan sammiti zamanı əsas prinsiplər üzərində işi [Dağlıq Qarabağ tənzimlənməsi üzrə] başa çatdırmağa çağırıblar. Trend-in məlumatına görə, bu barədə İTAR-TASS yazır.

"Gələcək yubatma yalnız tərəflərin razılıq əldə etməyə tərəfdar olduqlarını sual altında qoyacaq", - ATƏT-in Minsk qrupunun həmsədr ölkələri prezidentlərinin birgə bəyanatında deyilir.

"Razılıq nə vaxt əldə olunsa, biz bu prinsiplərin formal qəbuluna şahidlik etməyə, sülh sazişinin hazırlanmasına yardım etməyə və onun yerinə yetirilməsini beynəlxalq tərəfdaşlarımızla dəstəkləməyə hazırıq", - bəyanatda deyilir.

"Biz təsdiq edirik ki, yalnız danışıqlar yolu ilə nizamlama sülhə, sabitliyə və barışığa gətirib çıxararaq regional inkişaf və əməkdaşlıq üçün imkanlar açır", - bəyanatda deyilir. Obama, Sarkozi və Medvedev əmindirlər ki, "Dağlıq Qarabağ münaqişəsinin bütün tərəflərinin sülh nizamlamasına doğru addım atması üçün vaxt yetişib".

ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin prezidentləri qeyd ediblər ki, hazırkı qarşıdurma və qeyr-sabitlik vəziyyətinin yaranmasına güc tətbiqi səbəb olub. "Onun təkrar tətbiqi yalnız yeni bəlalar və səfalət gətirəcək və beynəlxalq ictimaiyyət tərəfindən pislənəcək. Biz tərəflərin liderlərini təkidlə əhalini müharibəyə deyil, sülhə hazırlamağa çağırırıq", - Medvedev, Obama və Sarkozi qeyd ediblər.

Onlar bildiriblər ki, "tərəflərin, eləcə də həmsədr ölkələrin bütün səviyyələrdə göstərdikləri səylər nəticəsində əhəmiyyətli irəliləyiş əldə olunub". "Martın 5-də Soçidə müzakirə edilən əsas prinsiplərin son versiyası ümumi qəbul edilən sülh nizamlamasının hazırlanması üçün ədalətli və balanslaşdırılmış təməl yaradır", - birgə bəyanatda qeyd edilib.

Prezidentlərin fikrincə, bu sənəd "tərəflərə işlərin indiki qəbuledilməzliyini aradan qaldırmağa imkan verir".

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır.

1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır. BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti