...

Rusiya Dağlıq Qarabağ münaqişəsinin həlli üçün bütün səyləri göstərəcək - XİN

Ermənistan-Azərbaycan münaqişəsi Materials 2 İyun 2011 12:06 (UTC +04:00)
Rusiya Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair danışıqlarda irəliləyişə nail olunması üçün mümkün olan hər şeyi etməyə hazırdır. Bu barədə iyunun 1-də RF XİN-in departament direktoru Andrey Kelin bildirib.
Rusiya Dağlıq Qarabağ münaqişəsinin həlli üçün bütün səyləri göstərəcək - XİN

Azərbaycan, Bakı, 2 iyun /Trend/

Rusiya Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair danışıqlarda irəliləyişə nail olunması üçün mümkün olan hər şeyi etməyə hazırdır. Bu barədə iyunun 1-də RF XİN-in departament direktoru Andrey Kelin bildirib.

"Bizdən asılı olan hər şeyi etməyə hazırıq, lakin irəliləyiş tərəflərin iradəsindən asılıdır", - Kelin Rusiya və Azərbaycan rəhbərlərinin iyunun sonunda Kazanda keçiriləcək görüşünü şərh edərkən bildirib. Trend-in məlumatına görə, bu barədə "Komsomolskaya pravda" qəzeti yazır.

Görüşə hazırlıq tam gücü ilə gedir. "İndi bunu üzərində prezidentlər işləyirlər, xarici işlər nazirləri onlar üçün müvafiq sənədləri hazırlayırlar. Biz də hazırlıq işlərində iştirak edirik. Bu, çox ciddi və həssas işdir", - "İnterfaks" Rusiya XİN nümayəndəsinin sözlərindən sitat gətirir.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti