...

Minsk qrupunun fransalı həmsədri Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttindəki vəziyyətə aydınlıq gətirib

Ermənistan-Azərbaycan münaqişəsi Materials 29 Noyabr 2011 18:08 (UTC +04:00)
ATƏT-in Minsk qrupunun fransalı həmsədri Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttindəki vəziyyətə aydınlıq gətirib.
Minsk qrupunun fransalı həmsədri Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttindəki vəziyyətə aydınlıq gətirib

Azərbaycan, Qazax, 29 noyabr /Trend, müxbir A.Salmanov/

ATƏT-in Minsk qrupunun fransalı həmsədri Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttindəki vəziyyətə aydınlıq gətirib.

Trend-in məlumatına görə, fransalı həmsədr Bernar Fasye Qazaxda jurnalistlərə deyib ki, bu dəfə keçidi təmas xəttində - Qarabağda deyil, Qazax rayonunda etdik.

"Xoşbəxtlikdən burada gərginlik təmas xəttindən daha azdır", - Fasye deyib.

Bu gün Qazax rayonunun Cəfərli kəndində qoşunların təmas xəttində keçirilən monitorinqdən sonra təmas xəttini keçərək Qazax rayonuna gəlmiş ATƏT-in Minsk qrupunun həmsədrləri rayon İcra Hakimiyyətinin başçısı Ayaz Əsgərovla görüşüblər.

Həmsədrlər vertolyotla Bakıya yola düşüblər.

ATƏT-in Minsk qrupunun həmsədrləri Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində keçirilən monitorinqdə iştirak ediblər.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən öncə Trend-ə bildirilib ki, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, bu gün Azərbaycanın Qazax rayonunun Cəfərli və Ermənistanın Kayan kəndi arasındakı yolda Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində keçirilən monitorinq insidentsiz başa çatıb və həmsədrlər Azərbaycan tərəfinə keçiblər.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti