...

Azərbaycan Parlamentinin işçi qrupu Xocalı soyqırımının tanınması üçün Türkiyə Böyük Millət Məclisinə müraciət edib

Ermənistan-Azərbaycan münaqişəsi Materials 14 Fevral 2012 17:39 (UTC +04:00)
Milli Məclisin Türkiyə üzrə işçi qrupu Xocalı soyqırımının tanınması üçün Türkiyə Böyük Millət Məclisinə (TBMM) müraciət edib.
Azərbaycan Parlamentinin işçi qrupu Xocalı soyqırımının tanınması üçün Türkiyə Böyük Millət Məclisinə müraciət edib

Azərbaycan, Bakı, 14 fevral /Trend, müxbir M.Əliyev/

Milli Məclisin Türkiyə üzrə işçi qrupu Xocalı soyqırımının tanınması üçün Türkiyə Böyük Millət Məclisinə (TBMM) müraciət edib. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı jurnalistlərə işçi qrupunun üzvü Qənirə Paşayeva bildirib.

O qeyd edib ki, artıq müraciət TBMM-ə göndərilib.

Paşayevanın sözləruinə görə, müraciətdə Ermənistanın törətdiyi vandalizim aktları, o cümlədən Xocalı soyqırımı haqqında məlumatlar öz əksini tapıb.

"Orada qeyd etmişik ki, Azərbaycan bütün dünyada Xocalı soyqırımının tanınması, buna siyasi-hüququ qiymət verilməsi istiqamətində addımlar atır. Bu yaxındalrda isə Meksika Konqresi, Pakistan Senatı Xocalı soyqırımı haqqında sənəd qəbul edib, qətliamı tanıyıb və onu kəskin formada pisləyib. Ona görə də qardaş ölkə olan Türkiyə Böyük Millət Məclisindəki qardaş-bacılarımızdan Xocalı soyqırımının 20 illiyi ərəfəsində parlamentdə bu soyqırım haqqında müzakirələrin keçirilməsi və hüququ qərar qəbul edilməsi xahiş olunur", - o bildirib.

Millət vəkili hesab edir ki, Türkiyə parlamentinin qəbul edəcəyi qərar bütün dünyada Xocalı soyqırımının tanınması, hüquqi-siyasi qiymət verilməsi sahəsində Azərbaycana çox böyük və mühüm dəstək olardı. "İndi biz gözləyirik və ümid edirik ki, müraciətimizə Türkiyə parlamentində baxılacaq və Xocalı soyqırımı haqqında qərar qəbul olunacaq", - Paşayeva deyib.

Xəbər lenti

Xəbər lenti