...

Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Milli Məclisdə Xocalı soyqırımına dair təşkil olunan sərgi ilə tanış olub

Ermənistan-Azərbaycan münaqişəsi Materials 24 Fevral 2012 14:40 (UTC +04:00)
Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Xocalı soyqırımının 20-ci ildönümü ilə bağlı Milli Məclisin foyesində təşkil olunmuş sərgi ilə tanış olub.
Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Milli Məclisdə Xocalı soyqırımına dair təşkil olunan sərgi ilə tanış olub

Azərbaycan, Bakı, 24 fevral /Trend, müxbir M.Əliyev/

Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı, Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Xocalı soyqırımının 20-ci ildönümü ilə bağlı Milli Məclisin foyesində təşkil olunmuş sərgi ilə tanış olub.

Trend-in məlumatına görə, sərgidə nümayiş etdirilən fotoşəkillər, eksponatlarla tanış olan Mehriban xanım Əliyevanı Milli Məclisin sədri Oqtay Əsədov və millət vəkilləri müşayiət edib.

Qeyd edək ki, bu gün Milli Məclisin Xocalı soyqırımının 20-ci ildönümünə həsr olunmuş xüsusi iclası keçirilir.

Xəbər lenti

Xəbər lenti