...

Narkotiklər məsələsi ümumavropa təhlükəsizliyi ilə birbaşa bağlıdır - AŞ Nazirlər Komitəsinin sədri

Ermənistan-Azərbaycan münaqişəsi Materials 26 İyun 2012 17:58 (UTC +04:00)
Narkotiklər məsələsi ümumavropa təhlükəsizliyi ilə birbaşa bağlıdır və AŞ Nazirlər Komitəsi (NK) bu qəbil cinayətlər, onların fəsadları ilə ardıcıl mübarizə xətti götürmüşdür.
Narkotiklər məsələsi ümumavropa təhlükəsizliyi ilə birbaşa bağlıdır - AŞ Nazirlər Komitəsinin sədri

Fransa, Strasburq, 26 iyun /Trend, müxbir A. Məhərrəmli/

Narkotiklər məsələsi ümumavropa təhlükəsizliyi ilə birbaşa bağlıdır və AŞ Nazirlər Komitəsi (NK) bu qəbil cinayətlər, onların fəsadları ilə ardıcıl mübarizə xətti götürmüşdür.

Trend-in məlumatına görə bu fikirləri çərşənbə axşamı Avropa Şurası Parlament Assambleyasının yay sessiyasının ikinci iş günündə qurumun NK-nin fəaliyyətdə olan sədri, Albaniya baş nazirinin müavini və ölkənin xarici işlər naziri Edmond Aksinasto (Edmond Haxhinasto) ötən sessiyadan keçən dövr ərzində görülmüş işlər barədə məruzəsini başa vurduqdan sonra Azərbaycan nümayəndə heyətinin üzvü Rafael Hüseynov sualına cavabında deyib.

Millət vəkili sualında Ermənistanın işğal altında saxladığı və bütün beynəlxalq nəzarətdən kənarda qalan Azərbaycan torpaqlarında narkotiklər becərilməsi, bu ərazilərdən narkotiklərin daşınması və sərbəst dövriyyəsi üçün istifadə etdiyi barədə məsələyə toxunub.

"Biz dəfələrlə Ermənistanın işğal altında saxladığı və bütün beynəlxalq nəzarətdən kənarda qalan Azərbaycan torpaqlarında narkotiklər becərilməsi, bu ərazilərdən narkotiklərin daşınması və sərbəst dövriyyəsi üçün istifadə etdiyi barədə məsələ qaldırmışıq. Bununla bağlı kifayət qədər təkzibedilməz materiallar vardır və problem Amerika Birləşmiş Ştatlarının təhqiqat şəbəkələrinin mötəbər hesabatlarında da əksini tapmıb. Narkotiklərin bütün Avropa və dünya üçün böyük təhlükə olduğunu nəzərə alaraq Ermənistanın həyata keçirdiyi bu proseslərin qarşısını almaq üçün Nazirlər Komitəsi hansı təxirəsalınmaz tədbirləri həyata keçirə bilər?" - Hüseynov sual edib.

E.Aksinaso cavabında bildirib ki, bu sualla əslində iki problemi qaldırılıb.

"Birincisi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsidir ki, bu mövzu Avropa Şurası üçün daim diqqət mərkəzindədir. Doğrudur, məsələ ilə bilavasitə məşğul olan ATƏT-in Mİnsk qrupu vardır. Lakin Avropa Şurası, o cümlədən onun Nazirlər Komitəsi danışıqlar prosesinin aparılması üçün inam mühitinin yaradılmasına öz töhfəsini verməyə çalışır. Nəzərə alsaq ki, münaqişəni diplomatik vasitələrlə həll etmək hər iki ölkənin Avropa Şurası qarşısında götürdüyü vacib öhdəliklərdəndir, onda bu problemin daim gündəliyimizdə saxlanacağı da labüddür. Təbii ki, münaqişə tərəfləri arasında sülh bağlandıqdan sonra haqqında danışdığınız və digər bu qəbil bir çox məsələlər ətrafında müzakirələr aparmaq daha asan olacaq. O zaman Nazirlər Komitəsi də məsələyə daha geniş müdaxilə və kömək etmək imkanı əldə edəcək "- AŞ NK-nin sədri qeyd edib.

AŞ NK-nin sədri qeyd edib ki, narkotiklər məsələsi ümumavropa təhlükəsizliyi ilə birbaşa bağlıdır və Nazirlər Komitəsi bu qəbil cinayətlər, onların fəsadları ilə ardıcıl mübarizə xətti götürmüşdür.

"Qaldırdığınız ikinci problem haqqında ayrıca danışmaq istərdim. Narkotiklər məsələsi ümumavropa təhlükəsizliyi ilə birbaşa bağlıdır və Nazirlər Komitəsi bu qəbil cinayətlər, onların fəsadları ilə ardıcıl mübarizə xətti götürmüşdür. Bizim fikrimizcə narkotiklər problemi təhlükəsizliyə qarşı ən böyük maneədir və onu aradan qaldırmaq səmtində fəaliyyətlərdə fasilə olmamalıdır. Nazirlər Komitəsinin bu qəbil cinayətlərə qarşı apardığı mübarizələr və gördüyü işlərin nəticələri bəllidir, bu istiqamətdə prinsipial mövqeyimiz bundan sonra da davam edəcək "- E. Aksinasto bildirib.

Xəbər lenti

Xəbər lenti