...

Macarıstan Dağlıq Qarabağda keçirilən “seçkilər”i tanımır - XİN

Ermənistan-Azərbaycan münaqişəsi Materials 21 İyul 2012 12:40 (UTC +04:00)
Macarıstanın Xarici İşlər Nazirliyi Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Ketrin Eştonun iyulun 18-də 2012-ci il iyulun 19-da Dağlıq Qarabağda keçiriləcək "seçkilər"i tanımamasına dair bəyanatını tam dəstəklədiyini bildirib.
Macarıstan Dağlıq Qarabağda keçirilən “seçkilər”i tanımır - XİN

Azərbaycan, Bakı, 21 iyul /Trend, müxbir E.Tariverdiyeva/

Macarıstanın Xarici İşlər Nazirliyi Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Ketrin Eştonun iyulun 18-də 2012-ci il iyulun 19-da Dağlıq Qarabağda keçiriləcək "seçkilər"i tanımamasına dair bəyanatını tam dəstəklədiyini bildirib. Trend-in məlumatına görə, bu barədə Nazirliyin saytında şənbə günü dərc olunmuş bəyanatda deyilir.

Məlumatda bildirilir ki, Macarıstan əvvəlki kimi, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə mövqeyində möhkəm dayanıb. Macarıstan Aİ-nin bu məsələ ilə bağlı ümumi mövqeyini bölüşür və hesab edir ki, nizamlanmaya danışıqlar yolu, eləcə də dinc vasitələrlə, müstəqillik, ərazi bütövlüyü və dövlətlərin sərhədlərinin pozulmazlığı, həmçinin milli azlıqların hüquqlarına hörmətlə yanaşılması əsasında nail olunmalıdır.

Məlumatda qeyd olunur ki, bu "seçkilər" münaqişənin dinc nizamlanmasına dair danışıqların gedişində Dağlıq Qarabağın gələcək statusunun müəyyən edilməsinə ziyan vurmamalıdır.

Macarıstan tərəfləri status-kvonun çərçivələrindən kənara çıxmağa icazə verəcək Madrid prinsipləri əsasında münaqişənin danışıqlar yolu ilə həllinin axtarışı üzrə öz səylərini aktivləşdirməyə çağıran Avropa İttifaqının yüksək nümayəndəsinə qoşulur.

Xəbər lenti

Xəbər lenti