...

Avropalı gənclər Azərbaycanın ərazi bütövlüyünün təmin olunacağına inanırlar (FOTO)

Ermənistan-Azərbaycan münaqişəsi Materials 19 Sentyabr 2012 15:36 (UTC +04:00)
Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcmasında "Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatı" İctimai Birliyinin Azərbaycan Gənclər Fondu və Avropa İttifaqının Gənclər Fəaliyyətdə Proqramının dəstəyi ilə təşkil etdiyi 7 ölkədən 37 gəncin iştirakçısı olduğu "Avropalıyıqmı?! – Kimlik, İnteqrasiya, Müstəsnalıq" adlı beynəlxalq layihə çərçivəsində tədbirin iştirakçılarının Azərbaycan üçün ən əhəmiyyətli və həll olunmamış yeganə problem olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ problemi ilə bağlı geniş məlumat əldə etmək məqsədilə Dağlıq Qarabağ icmasının nümayəndələri ilə görüşü keçirilib.
Avropalı gənclər Azərbaycanın ərazi bütövlüyünün təmin olunacağına inanırlar (FOTO)

Azərbaycan, Bakı, 19 sentyabr /Trend/

Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcmasında "Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatı" İctimai Birliyinin Azərbaycan Gənclər Fondu və Avropa İttifaqının Gənclər Fəaliyyətdə Proqramının dəstəyi ilə təşkil etdiyi 7 ölkədən 37 gəncin iştirakçısı olduğu "Avropalıyıqmı?! - Kimlik, İnteqrasiya, Müstəsnalıq" adlı beynəlxalq layihə çərçivəsində tədbirin iştirakçılarının Azərbaycan üçün ən əhəmiyyətli və həll olunmamış yeganə problem olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ problemi ilə bağlı geniş məlumat əldə etmək məqsədilə Dağlıq Qarabağ icmasının nümayəndələri ilə görüşü keçirilib.

Trend-in məlumatına görə, görüşü giriş nitqi ilə Dağlıq Qarabağın Azərbaycanlı İcmasının Əlaqələdirmə Şurasının sədri Orxan Əkbərov açaraq münaqişənin tarixi, işğal prosesi və hazırkı vəziyyəti barədə qonaqlara məlumat verib, artıq iyirmi ildir ki, həll olunmayan problemə dünya birliyinin hələ də göz yumduğunu qeyd edib.

"Biz Dağlıq Qarabağ probleminin sülh yolu ilə həll olunmasının tərəfdarıyıq, lakin bu günə qədər Ermənistan tərəfinin göstərdiyi qeyri-konstruktiv mövqe problemin həllində irəliləyişlər əldə etməyimizə problemlər yaradır. Dəfələrlə Dağlıq Qarabağdan olan erməni icmasının nümayəndələri ilə dialoqun qurulması və bu problemin daxili məsələ olaraq həll olunmasına cəhd etsək də, Ermənistan dövləti hər zaman bu dialoqların hər vəchlə pozulmasının bir nömrəli səbəbkarı olub. Biz səmimiyyətimizlə inanırıq ki, bu gün Azərbaycan dövlətinin, Azərbaycanın Prezidenti İlham Əliyevin apardığı dərin siyasət öz bəhrəsini verəcək və bu və ya digər yolla işğal altında olan torpaqlar azad ediləcək", - Əkbərov deyib.

Görüşdə iştirak edən türkiyəli gənc Selen Öztürk bildirib ki, türkiyəli gənclər hər zaman bu problemi göz önündə saxlayır və ikili standartların bu günə kimi problemin həll olunmasına maneə olduğundan xəbərdar olduğunu bildirib.

Moldovalı gənc Kristina Karaus Dağlıq Qarabağ problemini Moldavadakı mövcud problemlə müqayisə edərək, hər iki problemin çox yaxında həll olunacağını inamını bildirib.

Görüşdə iştirak edən İngiltərə, Almaniya, Rumıniya, İspaniyadan olan gənclər də çıxış edərək münaqişənin həlli ilə bağlı öz fikir və təkliflərini irəli sürüblər.

Bundan sonra görüş iştirakçıları Şuşa rayon İcra Hakimiyyətinin nümayəndələri ilə birlikdə Ramana qəsəbəsində yerləşən Şuşa rayonundan və digər işğal olunmuş rayonlardan olan məcburi köçkünlər üçün yaradılmış şəhərciyə yollanıb və köçkünlərin hazırkı həyat şəraiti ilə tanış olublar.

Gənclər Qəsəbədə yerləşən Şuşa rayon Malıbəyli kənd orta məktəbi, Malıbəyli kənd musiqi məktəbi, xəstəxana və digər infrastruktur obyektləri ilə tanış olublar.

Son olaraq gənclər müasir dünyada bu cür problemlərin olmamasının tərəfdarı olduqlarını və problemin çox qısa zamanda həll olunaraq, Azərbaycanın ərazi bütövlüyünün təmin olunacağına inamlarını bildiriblər.

Xəbər lenti

Xəbər lenti