...

Ariel Koen: Ermənistanın işğal etdiyi Dağlıq Qarabağ ərazisində aeroport açmaq hüququ yoxdur

Ermənistan-Azərbaycan münaqişəsi Materials 3 Oktyabr 2012 13:24 (UTC +04:00)
Ermənistanın işğal etdiyi Dağlıq Qarabağ ərazisində - Xankəndidə aeroport açmaq hüququ yoxdur.
Ariel Koen: Ermənistanın işğal etdiyi Dağlıq Qarabağ ərazisində aeroport açmaq hüququ yoxdur

Azərbaycan, Bakı, 3 oktyabr /Trend, müxbirlər E.Tariverdiyeva, A.Bədəlova/

Ermənistanın işğal etdiyi Dağlıq Qarabağ ərazisində - Xankəndidə aeroport açmaq hüququ yoxdur. Bunu çərşənbə günü Trend-ə müsahibəsində Rusiya, Avrasiya və beynəlxalq enerji siyasəti problemləri üzrə "İrs" Fondunun aparıcı eksperti, Trend-in Ekspert Şurasının üzvü Ariel Koen deyib.

"Beynəlxalq hüquqa uyğun olaraq bu, işğal olunmuş ərazidir və işğalçı hakimiyyətin orada aeroport açmaq hüququ yoxdur", - o, bildirib.

Koenin sözlərinə görə, aeroportun açılışı beynəlxalq hüquqa birbaşa zidd addımdır. O, habelə qeyd edib ki, Beynəlxalq Mülki Aviasiya Təşkilatının qaydalarına uyğun olaraq, bu hərəkətlər qanunsuzdur.

Ekspertin fikrincə, Ermənistanın bu addımı qeyri-konstruktivdir və Azərbaycan hökuməti beynəlxalq institutların diqqətini bu məsələyə cəlb etməlidir.

Koenin sözlərinə görə, Ermənistanın barışmaz mövqeyi erməni xalqı üçün bumeranqa çevrilir və nəticə Ermənistandan mühacirətin yüksək səviyyəsi və ölkədə yaşayış səviyyəsinin aşağı olmasıdır.

Qeyd edək ki, bu günlərdə Ermənistan Xankəndidə aeroportun istismara verildiyini bəyan edib.

Xəbər lenti

Xəbər lenti