...

XİN: Nalbandyan öz xalqının qanına susamış hakimiyyəti təmsil edir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 24 Oktyabr 2012 12:49 (UTC +04:00)
Meksikadakı sonuncu bəyanat kimi bəyanatlar verən Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan hansı ölkəni təmsil etdiyini unudur.
XİN: Nalbandyan öz xalqının qanına susamış hakimiyyəti təmsil edir

Azərbaycan, Bakı, 24 oktyabr /Trend, müxbir S.Ağayeva/

Meksikadakı sonuncu bəyanat kimi bəyanatlar verən Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan hansı ölkəni təmsil etdiyini unudur. Trend-in məlumatına görə, bunu çərşənbə günü Azərbaycan XİN-in mətbuat katibi Elman Abdullayev brifinqdə deyib.

"Nalbandyan unudur ki, o, öz xalqının qanına susamış hakimiyyəti təmsil edir", - Abdullayev bildirib.

Onun sözlərinə görə, elə təəssürat yaranır ki, Ermənistan Prezidenti Serj Sarkisyan öz nazirinə Azərbaycana qarşı təxribat törətməklə bağlı göstəriş verib.

"Amma Ermənistan bunu həyata keçirə bilməyib", - Abdullayev bildirib.

Mətbuat katibinin sözlərinə görə, Ermənistan hakimiyyəti tamamilə erməni lobbisindən asılıdır və millətçi şüarlar altında fəaliyyət göstərir.

Qeyd edək ki, Ermənistan XİN rəhbəri Edvard Nalbandyan Latın Amerikası ölkələrinə səfəri zamanı Meksika Senatının deputatları ilə görüşündə bəyan edib ki, "bəzi addımlar Ermənistan-Meksika münasibətlərinə ziyan vurub".

Nalbandyan bildirib ki, o, "ötən çağırış Meksika Deputatları Palatasında və Senatda qəbul olunan və beynəlxalq ictimaiyyətin mövqeyi ilə ziddiyyət təşkil edən Dağlıq Qarabağ üzrə qətnamə"ni nəzərdə tutur.

Meksika Xocalı soyqırımını pisləyən qətnaməni qəbul edən ilk ölkədir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti