...

XİN: İran Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında vasitəçi ola bilər

Ermənistan-Azərbaycan münaqişəsi Materials 8 Yanvar 2013 15:27 (UTC +04:00)
İran Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində Azərbaycan və Ermənistan arasında vasitəçi qismində çıxış edə bilər.
XİN: İran Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında vasitəçi ola bilər

Azərbaycan, Bakı, 8 yanvar /Trend, müxbirlər A.Bədəlova, D.Xatınoğlu/

İran Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində Azərbaycan və Ermənistan arasında vasitəçi qismində çıxış edə bilər. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı "IRIB News" İran Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Ramin Mehmanpərəstə istinadən xəbər verir.

O qeyd edib ki, İran münaqişənin sülh yolu ilə nizamlanmasını dəstəkləyir. Bu münaqişənin həlli region ölkələrinin imkanları daxilindədir.

"Biz regionda münaqişələrin gərginləşməsinin qarşısını almaq üçün mümkün olan hər şeyi etməliyik, çünki insanlar əziyyət çəkir, - Mehmanpərəst mətbuat konfransında qeyd edib. - İran Dağlıq Qarabağ münaqişəsinin sülh yolu nizamlanmasında iştirak etməyə hazırdır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti