...

Elmar Məmmədyarov: Suriyadan qaçan ermənilərin Dağlıq Qarabağa köçürülməsi məsələsi həmsədrlərlə müzakirə olunub

Ermənistan-Azərbaycan münaqişəsi Materials 14 Yanvar 2013 13:25 (UTC +04:00)
Suriyadan qaçan ermənilərin Türkiyə ərazisi vasitəsi ilə Dağlıq Qarabağa köçürülməsi məsələsi ATƏT-in Minsk qrupunun həmsədrləri ilə müzakirə olunub.
Elmar Məmmədyarov: Suriyadan qaçan ermənilərin Dağlıq Qarabağa köçürülməsi məsələsi həmsədrlərlə müzakirə olunub

Azərbaycan, Bakı, 14 yanvar /Trend, müxbir E.Mehdiyev/

Suriyadan qaçan ermənilərin Türkiyə ərazisi vasitəsi ilə Dağlıq Qarabağa köçürülməsi məsələsi ATƏT-in Minsk qrupunun həmsədrləri ilə müzakirə olunub. Trend-in məlumatına görə, bunu bazar ertəsi keçirilən mətbuat konfransında Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov deyib.

"Həmsədrlər sonuncu dəfə regiona gələndə Azərbaycan tərəfi həmsədrlərdən xahiş etmişdi ki, Azərbaycanın işğal olunmuş torpaqlarına Zəngilan, Cəbrayıl ərazisindən gəlsinlər və ondan sonra Xankəndiyə gedsinlər. Çünki biz xahiş etmişdik ki, onlar Suriyadan qaçan ermənilərin orada olub-olmaması məsələsinə baxsınlar. Bu məsələ tam şəkildə bizim gündəliyimizdədir. Bu məsələni artıq həmsədrlərlə müzakirə edirik və bildiririk ki, bu, qeyri-qanunidir. Artıq məlumatlar var ki, Suriyadan qaçan ermənilər köçürülübsə də, bu rəqəm o qədər yüksək deyil. Amma biz bu məsələni izləyirik", - Məmmdəyarov bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti