...

Vitse-spiker Ağ Evi tənqid etdi

Ermənistan-Azərbaycan münaqişəsi Materials 26 Fevral 2013 10:50 (UTC +04:00)
Milli Məclis sədrinin müavini Bahar Muradova Ağ Evin saytında Xocalı soyqırımı ilə bağlı yerləşdirilən petisiyaya münasibət bildirilməməsi ilə bağlı mövqeyini açıqlayıb.
Vitse-spiker Ağ Evi tənqid etdi

Azərbaycan, Bakı, 26 fevral /Trend, müxbir M.Əliyev/

Milli Məclis sədrinin müavini Bahar Muradova Ağ Evin saytında Xocalı soyqırımı ilə bağlı yerləşdirilən petisiyaya münasibət bildirilməməsi ilə bağlı mövqeyini açıqlayıb.

ABŞ Prezidenti Barak Obamanın Ağ Evin rəsmi saytında Xocalı soyqırımının tanınması ilə bağlı yerləşdirilən və yüz mindən çox imza toplayan petisiyaya münasibət bildirməməsi qaydalara ziddir, yolverilməzdir. Əgər belə bir qayda varsa, Barak Obama buna əməl etməli, soyqırıma münasibət bildirməli idi. Trend-in məlumatına görə, bunu Milli Məclis sədrinin müavini Bahar Muradova jurnalistlərə açıqlamasında deyib.

O qeyd edib ki, bütün bunlara baxmayaraq, hər halda biz öz işimizi davam etdirməliyik və ruhdan düşməməliyik, Xocalı soyqırımı ilə bağlı təbliğat davamlı olaraq aparılmalıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti