...

Azərbaycan XİN: Ağ Evin bəyanatı Xocalı soyqırımı ilə bağlı konkret mövqeyinin olmadığını göstərir (ƏLAVƏ OLUNUB)

Ermənistan-Azərbaycan münaqişəsi Materials 26 Fevral 2013 16:38 (UTC +04:00)
Ağ Evin Xocalı soyqırımı ilə bağlı ümumi bəyanatı göstərir ki, ABŞ-ın bu məsələdə konkret mövqeyi yoxdur.
Azərbaycan XİN: Ağ Evin bəyanatı Xocalı soyqırımı ilə bağlı konkret mövqeyinin olmadığını göstərir (ƏLAVƏ OLUNUB)

Azərbaycan, Bakı, 26 fevral /Trend, müxbir А.Tağıyeva/

Ağ Evin Xocalı soyqırımı ilə bağlı ümumi bəyanatı göstərir ki, ABŞ-ın bu məsələdə konkret mövqeyi yoxdur. Bu barədə Trend-ə İstanbuldan telefonla Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Elman Abdullayev bildirib.

"Bu bəyanat ABŞ-ın Xocalı soyqırımı üzrə konkret mövqeyinin olmamasının və insanlığa qarşı törədilmiş cinayətə biganə qalmasının göstəricisidir", - Abdullayev qeyd edib.

Onun sözlərinə görə, bununla yanaşı, ABŞ bəyanatlarında iddia edir ki, Azərbaycan Birləşmiş Ştatların strateji tərəfdaşıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti