...

Böyük Britaniyadakı Şeffild Azərbaycan Cəmiyyəti Xocalı soyqırımı ilə bağlı tədbir keçirilib (FOTO)

Ermənistan-Azərbaycan münaqişəsi Materials 26 Fevral 2013 21:18 (UTC +04:00)
Böyük Britaniyanın Şeffild şəhərində fəaliyyət göstərən Şeffild Azərbaycan Cəmiyyəti (SAS) Xocalı soyqırımı ilə bağlı tədbirlər keçirib
Böyük Britaniyadakı Şeffild Azərbaycan Cəmiyyəti Xocalı soyqırımı ilə bağlı tədbir keçirilib (FOTO)

Azərbaycan, Bakı, 26 fevral /Trend/

Böyük Britaniyanın Şeffild şəhərində fəaliyyət göstərən Şeffild Azərbaycan Cəmiyyəti (SAS) Xocalı soyqırımı ilə bağlı tədbirlər keçirib. Təşkilatın rəhbəri Cavid Məmmədzadənin yaxından təşəbbüsü ilə üç gün ərzində aksiyalar şəklində gerçəkləşdirilmiş tədbirlərə müxtəlif ölkələrdən olan tələbələrin qatılması təmin edilib. Əsas məqsəd xarici tələbələri Xocalı faciəsi ilə bağlı məlumatlandırmaqdan ibarət olub.

Tədbirlər çərçivəsində ümumilikdə 500-dən çox insana Xocalı haqqında maarifləndirici səciyə daşıyan müvafiq materiallar, vəsaitlər təqdim edilib, əcnəbi iştirakçıların hər birinə ümumilikdə Dağlıq Qarabağ münaqişəsi haqqında geniş şifahi məlumatlar verilib. Mövcud təşəbbüs çərçivəsində eyni zamanda SAS-ın Xocalı faciəsi ilə bağlı video-çarxı nümayiş etdirilib. Həmin çarxda müxtəlif ölkələrdən olan tələbələr "Justice for Khojaly" (Xocalı üçün ədalət) şüarına dəstək olduqlarını göstəriblər.

Qeyd edək ki, SAS Xocalı faciə ilə bağlı hazırladığı məqaləni Şeffild Universitetinin iki min nəfərdən artıq mütəmadi oxucusu olan qəzetinə təqdim edib.

Onu da deyək ki, Şeffild Azərbaycan Cəmiyyətinin uğurla həyata keçirilmiş missiyası ilə yüzlərlə xarici tələbə Xocalı faciəsi zamanı törədilən vəhşiliklərdən xəbərdar olub. Qurum rəhbərliyi bu işdə göstərdiyi dəstəyə görə Britaniyadakı Odlar Yurdu cəmiyyətinə və European Azerbaijan Society-yə təşəkkürünü bildirir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti