Azərbaycan, Bakı, 30 may /Trend, müxbir M.Əliyev/
Rusiya Prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy hesab edir ki, Rusiya, Azərbaycan və Ermənistan üçün dialoqun qaydaya salınması son dərəcə əhəmiyyətlidir.
Şvıdkoy çərşənbə günü jurnalistlərə bildirib: Mən həmçinin əminəm ki, ictimai təşkilatlar və vətəndaş cəmiyyətlərinin xətt ilə istənilən əlaqələr də son dərəcə əhəmiyyətlidir".
Onun fikrincə, bütün bunlar Azərbaycanda seçkilərdən sonra baş verəcək: "Yeni müddətə seçilən həm Azərbaycan, həm də Ermənistan prezidentləri dialoq aparmağa başlayacaqlar".
Onun sözlərinə görə, vaxt itirmək lazım deyil. Çünki, həm Azərbaycan cəmiyyəti, həm də dünya və erməni cəmiyyəti əlbəttə ki, vəziyyətin normallaşdırılması üçün hər hansı addımın atılmasını gözləyir.
Şvıdkoy bildirib: "Müharibəni heç kim istəmir. Humanitar əlaqələrin genişlənməsi bizim üçün vacibdir, çünki hansı qərarın qəbul olunmasına baxmayaraq, xalqın onu qəbul etməsi vacibdir. Ölkə xalqlarının bu və ya digər qərarların nə üçün qəbul edildiyini anlaması çox əhəmiyyətlidir".
Onun fikrincə, bu istiqamətdə istənilən səylər xeyirlidir: "Və Rusiyanın bu vəziyyətdə mövqeyi aydındır - biz həm Ermənistanla, həm də Azərbaycanla strateji dostluq əlaqələrini anlayaraq Cənubi Qafqazda və ölkələr arasındakı münasibətlərdə sabitliyin olmasını istəyirik. Bizim üçün sabitlik çox önəmlidir. Ümid edirəm ki, hər halda sağlam düşüncə qalib gələcək".