...

RF Prezidenti Rusiya-Aİ sammitinin iştirakçıları ilə Dağlıq Qarabağ münaqişəsini müzakirə edəcək

Ermənistan-Azərbaycan münaqişəsi Materials 4 İyun 2013 14:00 (UTC +04:00)

Azərbaycan, Bakı, 4 iyun /Trend/

Yekaterunburqda 31-ci Rusiya-Avropa İttifaqı (Aİ) plenar iclası başlayıb. Trend-in məlumatına görə, bu barədə "İTAR-TASS" agentliyi xəbər yayıb.

İclasda Rusiya nümayəndə heyətinə Prezident Vladimir Putin, Aİ tərəfdən isə Avropa Şurasının sədri Herman Van Rompey və Avropa Komissiyasının rəhbəri Joze Manuel Barrozu başçılıq edirlər.

İclas zamanı ikitərəfli münasibətlərlə yanaşı, Suriya məsələsi, Yaxın Şərq və Şimali Afrikadakı vəziyyət, İranın nüvə proqramı, Koreya yarımadasında durum, Dnestryani, Dağlıq Qarabağ münaqişəsi, Gürcüstan və Mərkəzi Asiyadakı vəziyyət müzakirə ediləcək.

Ənənəvi olaraq Rusiya-Aİ sammiti ildə iki dəfə keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti