...

Qlobal Tərəfdaşlıq Forumunun rəhbəri: Dağlıq Qarabağ problemi sülh yolu ilə həllini tapmalıdır

Ermənistan-Azərbaycan münaqişəsi Materials 27 İyun 2013 17:47 (UTC +04:00)
Dağlıq Qarabağ problemi müharibə yolu ilə deyil, sülh yolu ilə həllini tapmalıdır. Trend-in məlumatına görə, bu barədə bu gün Amerika Mərkəzində Qlobal Tərəfdaşlıq Forumunun rəhbəri Amir Dossal azərbaycanlı tələbələrlə görüşdə deyib.
Qlobal Tərəfdaşlıq Forumunun rəhbəri: Dağlıq Qarabağ problemi sülh yolu ilə həllini tapmalıdır

Azərbaycan, Bakı, 27 iyun /Trend, müxbir S.Əhmədova/

Dağlıq Qarabağ problemi müharibə yolu ilə deyil, sülh yolu ilə həllini tapmalıdır. Trend-in məlumatına görə, bu barədə bu gün Amerika Mərkəzində Qlobal Tərəfdaşlıq Forumunun rəhbəri Amir Dossal azərbaycanlı tələbələrlə görüşdə deyib.

Dağlıq Qarabağa dair BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinin hələ də Ermənistan tərəfindən icra olunmamasına münasibət bildirərkən, Dossal qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsi dünya ictimaiyyəti üçün əsas prioritet deyil: "Hazırda dünya ictimaiyyəti bütün diqqətini Suriya probleminə yönəldib. Suriyada hər gün çoxlu sayda insanlar həyatını itirir".

Amir Dossal daha sonra BMT-nin yaranma tarixi, qurumları barədə məlumat verib. O, xatırladıb ki, Azərbaycan iki il müddətinə BMT-nin Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilib. O, Azərbaycanın TŞ-də uğurlu fəaliyyətindən danışıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti