...

Ermənistanın Naxçıvana vurduğu ziyanın qiymətləndirilməsinə başlanılıb

Ermənistan-Azərbaycan münaqişəsi Materials 18 Sentyabr 2013 10:47 (UTC +04:00)
Azərbaycanın Milli Məclisinin deputatı, professor Xanhüseyin Kazımlının rəhbərliyi ilə yaradılan Azərbaycanın işğal olunmuş ərazilərinə vurulan itki və tələfatların qiymətləndirilməsi üzrə könüllülərdən ibarət işçi qrupu Ermənistan tərəfindən Naxçıvana vurulmuş ziyanın hesablanmasına başlayıb.
Ermənistanın Naxçıvana vurduğu ziyanın qiymətləndirilməsinə başlanılıb

Azərbaycan, Bakı, 18 sentyabr / Trend, müxbir M.Əliyev/

Azərbaycanın Milli Məclisinin deputatı, professor Xanhüseyin Kazımlının rəhbərliyi ilə yaradılan Azərbaycanın işğal olunmuş ərazilərinə vurulan itki və tələfatların qiymətləndirilməsi üzrə könüllülərdən ibarət İşçi qrupu Ermənistan tərəfindən Naxçıvana vurulmuş ziyanın hesablanmasına başlayıb.

Trend-in məlumatına görə, İşçi qrupundan bildirilib ki, keçən əsrin 90-cı illərindən başlanan erməni separatizminin və təcavüzünün genişlənməsi nəticəsində Azərbaycanla Naxçıvan Muxtar Respublikası arasında birbaşa yerüstü quru əlaqələri kəsildi. Xüsusilə, dəmiryolu xəttində ermənilər tərəfindən törədilən müxtəlif təxribatlar və dinc insanlara qarşı terror aktları, bu nəqliyyatın fəaliyyətinin tamamilə dayanmasına səbəb oldu. Bu isə Naxçıvanın blokadası ilə nəticələndi.

Məlumatda bildirilir ki, Ermənistan tərəfindən məqsədli şəkildə yaradılan bu blokada Azərbaycanın tərkib hissəsi olan Naxçıvana hər il yüz milyonlarla manat iqtisadi ziyan vurur: "Əgər indiyə kim dəmiryolu fəaliyyət göstərsəydi, yükdaşımaları sovet dövrünə nisbətən hal-hazırda 2-3 dəfə arta bilərdi. Bu isə Naxçıvanın daha da inkişaf etməsinə və çiçəklənməsinə səbəb olardı. 20 ildən ardıq müddət ərzində dəmiryolunun kəsilməsi və şose yolunun bağlanması nəticəsində Muxtar Respublikanın iqtisadiyyatına və mədəni həyatına dəyən bütün zərərlər, eləcədə bu illər ərzində Muxtar Respublikanın müdafiəsi üçün Azərbaycan Respublikasının büdcəsindən ayrılan pullar da kompensasiya şəkilində Ermənistan tərəfindən Azərbaycana ödənilməlidir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti