...

ABŞ səfiri: Dağlıq Qarabağ münaqişəsi yalnız o zaman həll oluna bilər ki, Azərbaycan və Ermənistan rəhbərləri qəti qərar versinlər

Ermənistan-Azərbaycan münaqişəsi Materials 13 Noyabr 2013 19:03 (UTC +04:00)
"Mən Dağlıq Qarabağ məsələsinin bütün azərbaycanlılar üçün necə ağrılı bir məsələ olduğunu bilirəm. Mən bilirəm ki, azərbaycanlıların böyük əksəriyyəti, demək olar ki, 99 faizi Dağlıq Qarabağ məsələsində vahid mövqedən çıxış edir...
ABŞ səfiri: Dağlıq Qarabağ münaqişəsi yalnız o zaman həll oluna bilər ki, Azərbaycan və Ermənistan rəhbərləri qəti qərar versinlər

Azərbaycan, Bakı, 13 noyabr /Trend, müxbir S.Əhmədova/

"Mən Dağlıq Qarabağ məsələsinin bütün azərbaycanlılar üçün necə ağrılı bir məsələ olduğunu bilirəm. Mən bilirəm ki, azərbaycanlıların böyük əksəriyyəti, demək olar ki, 99 faizi Dağlıq Qarabağ məsələsində vahid mövqedən çıxış edir. Mən Azərbaycan xalqının 20 ildən çox vaxt keçməsinə baxmayaraq, bu məsələnin həll olunmamasına görə məyusluğunu başa düşürəm". Trend-in məlumatına görə, bunu ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar Azərbaycan Dövlət İqtisadiyyat Universitetində çıxışı zamanı deyib.

Səfir bildirib ki, ABŞ Minsk qrupunun həmsədr ölkəsi kimi 20 ildir bu sahədə səy göstərir:

"Biz Minsk qrupu ilə birgə işləyərək bu məsələnin nizamlanmasına nail olmaq üçün əlimizdən gələni edəcəyik. Hesab edirəm ki, əsas problemlərdən biri hər iki ölkənin - həm Azərbaycan, həm də Ermənistanın böyük güclərdən, böyük dövlətlərdən çox şey gözləməsidir. Xüsusilə də ABŞ-ın bu məsələni həll etməsini gözləyirlər".

Onun sözlərinə görə, burada bir sıra maraqlar, o cümlədən qonşu dövlətlərin maraqları da bu işə cəlb olunub: "İnanıram ki, bu məsələ yalnız o zaman həll oluna bilər ki, əsas münaqişə tərəfləri - Azərbaycan və Ermənistan rəhbərləri qəti şəkildə qərar verməlidirlər ki, bu məsələ birdəfəlik həll olunsun".

R.Morninqstar ümidvar olduğunu bildirib ki, prezidentlərin yaxın zamanda baş tutacaq görüşündə hər iki dövlət başçısı birdəfəlik bu məsələni həll etmək və konkret məsələlərlə bağlı razılığa gəlmək üçün qərar qəbul edəcək:

"Sizi əmin edə bilərəm ki, hər iki ölkənin rəhbərləri bu məsələ ilə bağlı hər hansı razılığa gəlsələr, onlara Minsk qrupu tərəfindən və ABŞ-ın yüksək vəzifəli rəsmiləri tərəfindən köməklik göstəriləcək. ABŞ tərəfindən Dağlıq Qarabağa yardım Konqresin mandatına uyğun həyata keçirilir və burada söhbət böyük məbləğdən deyil, yalnız humanitar yardımdan gedir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti