...

ABŞ Dövlət Departamenti: Azərbaycan və Ermənistan prezidentləri münaqişənin həlli üzrə hərtərəfli danışıqlara başlamağa qadirdirlər

Ermənistan-Azərbaycan münaqişəsi Materials 15 Noyabr 2013 17:39 (UTC +04:00)
Azərbaycan və Ermənistan prezidentləri Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində hərtərəfli danışıqlara başlamağa qadirdirlər.
ABŞ Dövlət Departamenti: Azərbaycan və Ermənistan prezidentləri münaqişənin həlli üzrə hərtərəfli danışıqlara başlamağa qadirdirlər

Azərbaycan, Bakı, 15 noyabr /Trend, müxbir S.Əhmədova/

Azərbaycan və Ermənistan prezidentləri Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində hərtərəfli danışıqlara başlamağa qadirdirlər. Trend-in məlumatına görə, bunu ABŞ dövlət katibinin köməkçisi Viktoria Nuland Vaşinqtonda Atlantik Şurasında çıxışı zamanı bildirib.

ABŞ Dövlət Departamentinin nümayəndəsi hər iki ölkə prezidentinin baş tutacaq görüşünü müsbət irəliləyiş adlandırıb.

Qeyd edək ki, ATƏT-in Minsk qrupu bu yaxınlarda verdiyi bəyanatında noyabrda Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarkisyan arasında Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə görüş keçirilməsinin planlaşdırıldığını bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti