...

Erik Rubin: Dağlıq Qarabağ münaqişəsi üzrə danışıqların bərpa olunması nizamlanma prosesində irəliləyiş üçün çox vacibdir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 5 Dekabr 2013 19:12 (UTC +04:00)
"Ötən aylar ərzində Ermənistanla Azərbaycan arasında Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqların yenidən bərpa olunması ABŞ-ı çox sevindirir və hesab edirik ki, bu faktın özü prosesdə irəliləyişin əldə edilməsi üçün çox vacibdir".
Erik Rubin: Dağlıq Qarabağ münaqişəsi üzrə danışıqların bərpa olunması nizamlanma prosesində irəliləyiş üçün çox vacibdir

Azərbaycan, Bakı, 5 dekabr /Trend, müxbir E.Mehdiyev/

"Ötən aylar ərzində Ermənistanla Azərbaycan arasında Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqların yenidən bərpa olunması ABŞ-ı çox sevindirir və hesab edirik ki, bu faktın özü prosesdə irəliləyişin əldə edilməsi üçün çox vacibdir".

Trend-in məlumatına görə, bu barədə ABŞ dövlət katibi köməkçisinin Avropa və Avrasiya məsələləri üzrə müavini Erik Rubin bu gün Bakıda keçirdiyi mətbuat konfransında deyib:

"Azərbaycan və Ermənistan prezidentlərinin görüşü ilə bağlı verdiyimiz bəyanatda da bildirmişdik ki, biz prezidentlərin bu işdə göstərdiyi qətiyyəti, cəsarəti və müdrikliyi alqışlayırıq. Həmçinin prezidentlərin xarici işlər nazirlərinə yenidən görüşmək və prosesi davam etdirməklə bağlı verdikləri tapşırığı da alqışlayırıq və hesab edirik ki, bu, münaqişənin danışıqlar yolu ilə həll edilməsi baxımından önəmlidir".

E.Rubin bildirib ki, ABŞ ATƏT-in Minsk qrupunun həmsədr olkəsi kimi özünün yeni həmsədri Ceyms Uorlikin fəaliyyəti sayəsində əlindən gələni edəcək ki, münaqişənin həll edilməsi üçün imkanlar artırılsın və qarşıdan gələn ildə də bu imkanlar artırılsın, münaqişə tərəfləri üçün faydalı olan nizamlanmaya nail olunsun.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti