...

CAR ictimaiyyətinə və dövlət orqanlarına Xocalı soyqırımı ilə bağlı bəyənatlar ünvanlanıb

Ermənistan-Azərbaycan münaqişəsi Materials 27 Fevral 2014 14:11 (UTC +04:00)
Trend-in Azərbaycanın CAR-dakı səfirliyinə istinadən verdiyi məlumata görə, bəyənatda Xocalının işğalının tarixi və ağır nəticələri haqqında geniş məlumat verilib və Xocalıda azərbaycanlılara qarşı soyqırım həyata keçirildiyi vurğulanıb.
CAR ictimaiyyətinə və dövlət orqanlarına Xocalı soyqırımı ilə bağlı bəyənatlar ünvanlanıb

Azərbaycan, Bakı, 27 fevral /Trend, müxbir S.Əhmədova/

Fevralın 26-da Azərbaycan Respublikasının Cənubi Afrika Respublikasındakı (CAR) səfirliyi və CAR-da fəaliyyət göstərən "Azərbaycanın Dostları" İctimai Təşkilatı Xocalı soyqırımının 22-ci ildönümü ilə əlaqədar CAR ictimaiyyətinə və dövlət orqanlarına ünvanlanmış bəyənatlar yayıb.

Trend-in Azərbaycanın CAR-dakı səfirliyinə istinadən verdiyi məlumata görə, bəyənatda Xocalının işğalının tarixi və ağır nəticələri haqqında geniş məlumat verilib və Xocalıda azərbaycanlılara qarşı soyqırım həyata keçirildiyi vurğulanıb.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında ümumi məlumat əks olunan bəyənatda, həmçinin bu problemin indiyədək öz həlli yolunu tapmadığı bildirilib və Azərbaycanın münaqişənin həlli ilə bağlı ədalətli mövqeyi təqdim edilib.

Bəyənatın sonunda münaqişənin həlli ilə bağlı beynəlxalq ictimaiyyət Ermənistanın təcavüzünə qarşı qəti və güclü mövqedə dayanmağa və Xocalı soyqırımını tanımağa çağırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti