...

Daha gecikməyək

Ermənistan-Azərbaycan münaqişəsi Materials 7 Mart 2014 09:44 (UTC +04:00)
1988-ci ilin noyabr ayının 26-da Ermənistanın Noyemberyan rayonunun Yuxarı Körpülü kəndində yaşayan valideynlərimlə axırıncı dəfə telefonla da­nış­dım. Anam rəhmətlik narahat halda söylədi ki, bala, aləm bir-birinə dəyib. Kişilər gecələr növbə ilə kəndi qoruyurlar. Hökumət yoxdur, hər kəs öz başının hayına qalıb.
Daha gecikməyək

Elşad Qoca - yazıçı-publisist

Qarabağ hadisələri başlayandan bir qədər sonra Ermənistandan azər­bay­can­lı­ların öz doğma yurd-yuvalarından vəhşicəsinə qovulmasına start verilmişdi. Bu barədə kifayət qədər kitablar, məqalələr yazılıb. Təbii ki, yenə də yazılacaq. Mən özüm bu hadisələrin şahidi kimi keçirdiyim hissləri oxucularla qısaca bölüşmək istəyirəm.

1988-ci ilin noyabr ayının 26-da Ermənistanın Noyemberyan rayonunun Yuxarı Körpülü kəndində yaşayan valideynlərimlə axırıncı dəfə telefonla da­nış­dım. Anam rəhmətlik narahat halda söylədi ki, bala, aləm bir-birinə dəyib. Kişilər gecələr növbə ilə kəndi qoruyurlar. Hökumət yoxdur, hər kəs öz başının hayına qalıb.

Noyabrın 28-də Bakıdan qatarla yola düşdüm. Səhər tezdən artıq Qazaxda idim. 2-ci Şıxlıdan keçməklə kəndə getmək istəyirdim. Yolboyu məni bir şey düşündürürdü, doğrudanmı hökumət yoxdur, Körpülüyə hucum olsa, nə olacaq. Kəndin topu yox, topxanası yox, bir-iki tüfənglə neyləmək olar. Qoy kənd sakinləri özlərini bir saat-iki saat qoruya bilsinlər. Bəs sonra? Birdə ki, bu nə qədər davam edəcək? Yəni Sovet Ordusu öz vətəndaşlarını qo­rumayacaq? Belə yerdə yaxşı deyiblər, sən saydığını say, gör fələk nə sayır. Sən demə, Moskva və onun ordusu Ermənistanda yaşayan azərbaycanlıları qorumaq əvəzinə, təpədən-dırnağa qədər silahlanmış er­mə­niləri qoruyur. Birdən azərbaycanlılar tüfənglə erməniləri qırıb-çatarlar. Hələ hadisələrdən xeyli əvvəl az sayda azərbaycanlılarda olan tüfənglər də məqsədli şəkildə yığılmışdı. Və Ermənistanda azərbaycanlıların başına nə oyun gətirdilər, bunu hamı bilir. Qırmızı imperiya öz sifətini göstərdi. Kü­rəyini imperiya qoşunlarına söykəmiş ermənilər azərbaycanlıları vəhşicəsinə öl­dür­­dülər, yaraladılar, evlər yandırıldı. Hələ belə vəhşilik görünməmişdi. Dünyanın belə bir vaxtında heç kim inanmazdı ki, insanları diri-diri yandıra bilərlər. Meyitlər təhqir oluna bilər. Körpələrə divan tutular və s.. Normal insanın ağlına gəlməyən daha nələr. Ancaq bunlar Ermənistanda baş verdi. Özü də Sovet ordusu əsgərlərinin kürəyinin arxasında. Biz isə gecikdik. Heç dünyaya hayqıra bilmədik, dərdlərimizi olduğu kimi söyləyə bilmədik. Ölkə rəhbərliyinin zəifliyindən informasiya mü­ha­ri­bə­sində də uduzduq.

Sonra növbə Dağlıq Qarabağa, sərhəd kənd­lə­ri­mizə çatdı. Dağlıq Qarabağda kəndlərimiz, orada yaşayan qardaş-bacılarımız bir-bir qanına qəltan edildi. Ermənistanda olduğu kimi, burada da in­sanlar başsız qalmışdılar. Yenə Sovet or­du­su­nun kürəyinə sığınmış ermənilər istədiklərini həyata keçirdilər. Kəndlərin sakinləri qəh­rəmanlıq göstərdilər, axıra qədər dirəndilər. Ümid dolu gözlərini Bakıya dik­di­lər. Bu gün kömək gələcək, sabah kömək gələcək. Bunların da şahidi olduq. Əvə­zin­­də insanlar ümidsizləşdi. Hadisələrin əvvəlindən Xocavənd, Tuğ, Saləkətin, Naxullu, Muğanlı, Əmirallar, Kuropatkino, Günəşli, Qa­ra­dağ­lı kəndləri diqqət mər­kəzində idi. Hələ başqa rayonların kəndlərini demirəm. Köməksiz qalan kənd sakinləri özünümüdafiə dəs­tələri yaradaraq eli-obanı qorumağa başladılar. Qeyri-bərabər döyüşlərdə kəndlərin əhalisi əsl mərdlik göstərdilər. Ancaq faktiki olaraq onlar meydanda tək qalmışdılar. Erməni qoşunları və Rusiyanın 366-cı alayının əsgərlərinin təşkil etdiyi böyük qüvvəyə qarşı az imkanla ciddi müqavimət göstərmək mümkün deyildi. Qaradağlı kəndinə dörd günlük müqavimətdən sonra erməni-rus qoşunları daxil ola bilmişdilər. Erməni-rus birləşmələri kəndi yandırmış, 117 nəfəri qətlə yetirmiş, yüzdən çox sakini girov götürmüşdülər. Gi­rovların çoxunun taleyi hələ də məlum deyil. Qanlı Qaradağlı hadisəsi 17 fevral 1992-ci ildə baş vermişdi. Xocalı soyqırımından düz doqquz gün əvvəl. Nəticə çı­xara bildikmi? Əsla yox. Yenə gecikdik, yenə günahkarlar axtarmağa başladıq. Əs­linə qalanda Dağlıq Qarabağın və onun ətrafında olan hər bir azərbaycanlı kən­dində soyqırım baş vermişdi. Əhalinin sayı çox olan kənddən çox, az olan kənd­dən az adam qırılmışdı, yaxud girov götürülmüşdü. Elə bir kənd sakini tapmaq olarmı ki, onun ailəsindən kimsənin burnu qanamasın? Xa­tır­ladıram ki, Xocalı soy­qı­rı­mı­na doqquz gün qalmışdı. Yenə başımız qarışdı. İndi bəzi adamlar deyə bilər ki, imkan daxilində həmvətənlərimizə kömək edirdik. Bəlkə də olub, ancaq yenə az idi. Əs­linə qalanda doqquz gün böyük müddətdir. Bu müddət ərzində ən azı Xocalının sakinlərini təhlükəsiz yerə çıxarmaq olardı. Yenə başsızlıq, hər şey təkrarlandı. Unut­duq ki, düşmən fürsət göz­ləyir, imkan tapan kimi qanımıza susayacaq. Elə də oldu. Erməni qoşunları Ru­siyanın 366-cı alayının əsgər və zabitlərinin iştirakı ilə Xocalı şəhərinin sa­kinlərinə divan tutdu. 613 dinc sakin xüsusi qəddarlıqla öldürüldü, 1275 nəfər əsir, 150 nəfər isə itkin düşdü. Yenə susduq. Xocalıya kö­mək əlimizi uzatmadıq. Heç olmasa, baş vermiş hadisəni dünya ictimaiyyətinə çat­dı­ra bilmədik. Yenə gecikdik.

Aradan uzun illər keçib. İşğal altında olan torpaqlarımızı azad etmək üçün güc­lü Ordumuz yaradılıb. Mən əsgər və zabitlərimizə inanıram. İnanıram ki, ali baş komandanın hər dəqiqə verilə biləcək əmri sözsüz yerinə yetiriləcək. Şuşa, Xo­calı, Xankəndi və s. erməni işğalçılardan təmizlənəcək. Bu dəfə ge­cik­mə­yə­cəyik. Özünü azərbaycanlı hesab edən bir kəs bu döyüşə hazır olmalıdır.

Daha geriyə yol yoxdur. Hər bir problem vaxtında həll edilməlidir. İndi dünyanın az qala hər yerində informasiya müharibəsi gedir. Bu gün vəziyyət də başqadır. Dövlətimiz konkret addımlar atır. Heydər Əliyev Fondunun dəstəyi ilə "Xocalıya ədalət!" kampaniyası çərçivəsində dünyanın müxtəlif ölkələrində kütləvi təd­birlər keçirilir. Nəticələr də var. Sonda bu kampaniya Xocalı soyqırımının tanıdılmasına gətirib çıxaracaqdır. Bu dəfə gecikməyəcəyik. Mən buna inanıram.

P.S. Yazıya söykənək olaraq bir məsələyə də toxunmaq istəyirəm. Qafqazda rus siyasəti gücləndikcə ermənilərin Azərbaycan torpaqları əsasında dövlət ya­rat­maq arzuları reallaşmağa başladı. Bu arzu ilə yaşayan ermənilər məskunlaşdıqları bölgələrdə rus qoşunlarının köməyi ilə yerli xalqları sıxışdırır, təxribatlar törədir, imkan düşən kimi arxadan vurmağa çalışırdılar. Qafqazın istilası zamanı da belə olmuşdu. Rus-türk mü­ha­ri­bəsində də ermənilərin xəyanəti tarixdən məlumdur. Onlar Qars, Sarıqamış, Ərzurum və s. yerlərdə rus qoşunlarına köməklik göstərir, türk qoşunlarına arxadan zərbələr endirir, dinc sakinlərə divan tuturdular. Əldə etdiyimiz sənəddə bunu aydın şəkildə görmək olur. MTN-in arxivində saxlanılan Azad bəy Həmid oğlu Vəzirovun istintaq işindən məlum olur ki, Azad bəy Azər­bay­can Ordusunun polkovnikidir, 1918-1920-ci illərdə Bakı Hərbi komendantının (bir yerdə qarnizonunun) rəisinin köməkçisi vəzifəsində xidmət etmişdir. O, 3 iyun 1920-ci ildə Pankratovun imzaladığı 227 saylı orderə əsasən, Petrosyan tərəfindən həbs olunmuşdur. İstintaq materialları arasında çar Rusiyasının Qafqaz Ordusu komandanının məxfi əmrinin surəti diqqətimizi cəlb etdi. Əmr Türkiyənin Qars bölgəsində erməni drujinaçılarının dinc türk əhalisinə qarşı etdikləri zora­kı­lıqlar barədədir:

Приказ войскам Сарыкамышского Отряда.

№ 44

6 февраля 1915 года Кавказская Действующая Армия.

§ 2

Объявляю для сведения секретное сношение Начальника полевого Штата Закавказской армии по Управлению Генерал-Квартирмейстера.

"Из поступивших в Штаб армии донесений усматривается, что некоторые армянские дружины, действующие против турок, самовольно совершают переходы из одного места в другое, при чем, при передвижениях этих, начальники дружин, прибывая и квартируя с дружинами в попутных городах и селениях, не считают нужным являться в подлежащие Штабы или Управления для их регистрации, несмотря даже на приказания об этом, например Коменданта Карской Крепости; антидисциплинированность же и распущенность дру­жин­ников доходит до того, что последние позволяют учинять разного рода на­силия над мирными жителями".

Командующий Кавказской армией, признавая подобного рода действия дружинников и их начальников недопустимыми, приказал об этом сообщить Вам для зависящих распоряжений по принятию мер, чтобы армянские дружины не бродили по своему усмотрению, и в случае передвижений начальники их в точности подчинялись бы требованиям Коменданта крепости и начальников гарнизонов.

Справка: Сношение Начальника полевого Штаба Кавказской армии от 29-го января 1915 года за № 1925.

Подлинный подписал: Вр. Начальник отряда, Генерал-лейтенант Баратов.

Подлинно верно: И.Д. Начальника Штаба отряда Полковник Ласточкин.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti