...

Əli Həsənov: Minsk qrupunun həmsədrlərinin Azərbaycanın işğal olunmuş rayonlarına növbəti səfərinin məqsədi sual altındadır

Ermənistan-Azərbaycan münaqişəsi Materials 16 May 2014 12:27 (UTC +04:00)

Azərbaycan, Bakı, 16 may /Trend, müxbir E.Mehdiyev/

ATƏT-in Minsk qrupunun həmsədrlərinin Azərbaycanın işğal olunmuş rayonlarına növbəti səfərində nə məqsəd güddüyü sual altındadır. Əvvəlki səfərlərin nəticəsi nə olub? Bütün bu yeni təkliflər, prinsiplər, səfərlər münaqişənin həllinin uzadılmasına yönəlib. Trend-in məlumatına görə, bu barədə jurnalistlərə açıqlamasında Azərbaycanın Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov ATƏT-in Minsk qrupunun həmsədrlərinin Laçın və Kəlbəcərə planlaşdırılan səfərinə münasibət bildirərkən deyib.

Ə.Həsənov bildirib ki, 2010-cu ildə faktaraşdırıcı missiya işğal olunmuş rayonlarda 14 min erməninin məskunlaşdırıldığını açıqlayıb, daha sonra bu rəqəm 18 min nəfər göstərilib: "Ancaq Azərbaycan tərəfində olan məlumata görə, ümumiyyətlə, işğal altındakı ərazilərdə qeyri-qanuni məskunlaşma 25 min nəfərə qədər idi. ATƏT-in faktaraşdırıcı missiyasının son hesabatını dərc etməsindən 4 il keçir".

Baş nazirin müavini vurğulayıb ki, Azərbaycan Prezidenti İlham Əliyev güclü ordu və iqtisadiyyatın qurulması istiqamətində fəaliyyət göstərir: "Bəlkə o zaman qarşıdakı düşmən hiss edər ki, Azərbaycan dövləti torpaqlarını azad etməyə başlasa, tək 1990-cı illərdə yox, daha əvvəllər işğal edilən torpaqları da azad etməyə qadir olacaq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti