...

Ermənilər növbəti dəfə cəbhədə atəşkəsi pozublar

Ermənistan-Azərbaycan münaqişəsi Materials 11 İyul 2014 09:32 (UTC +04:00)
Düşmən cavab atəşi ilə susdurulub.
Ermənilər növbəti dəfə cəbhədə atəşkəsi pozublar

Azərbaycan, Bakı, 11 iyul /Trend, müxbir İlkin İzzət/

Ermənilər növbəti dəfə cəbhədə atəşkəsi pozublar.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının Berd rayonunun Çinari kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Ağbulaq kəndində yerləşən mövqelərimizi atəşə tutublar.

Füzuli rayonunun Horadiz, Aşağı Seyidəhmədli, Ağdam rayonunun Şıxlar kəndləri yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

Düşmən cavab atəşi ilə susdurulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti