...

Aureliya Qriqoriu: Peterburq danışıqlarının Qarabağ münaqişəsinin həlli üçün çox böyük əhəmiyyəti var

Ermənistan-Azərbaycan münaqişəsi Materials 23 İyun 2016 14:24 (UTC +04:00)
Sankt-Peterburqda Azərbaycan və Ermənistan liderlərinin keçirilən danışıqları Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üçün çox böyük əhəmiyyəti var.
Aureliya Qriqoriu: Peterburq danışıqlarının Qarabağ münaqişəsinin həlli üçün çox böyük əhəmiyyəti var

Bakı. Anaxanım Hidayətova - Trend:

Sankt-Peterburqda Azərbaycan və Ermənistan liderləri arasında aparılan danışıqların Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üçün çox böyük əhəmiyyəti var.

Bunu Trend-ə Moldova İctimai Palatasının prezidenti Aureliya Qriqoriu deyib.

Onun sözlərinə görə, Azərbaycan öz torpaqlarının işğalı ilə heç vaxt barışmayacaq və ölkənin hərbi potensialı Ermənistandan üstündür: "Azərbaycan rəhbərliyi münaqişəni sülh yolu ilə həll etmək niyyətindədir, yoxsa işğal olunmuş bütün torpaqlar hərbi yolla çoxdan geri qaytarılmışdı".

A.Qriqoriu qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyev bir daha ölkənin apardığı sülhsevər siyasəti nümayiş etdirdi ki, bu da hörmətəlayiqdir: "Eyni zamanda hamımız Ermənistan rəhbərliyinin rəzil mahiyyətini bilirik. Ona görə də indi ön plana Ermənistanı danışıqlarda əldə edilən qərarları icra etməyə məcbur etmək çıxır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti