Bakı. Anaxanım Hidayətova - Trend:
Dünya ictimaiyyəti Azərbaycanın ərazi bütövlüyünü təkidlə dəstəkləməli və Ermənistandan BMT-nin Dağlıq Qarabağ münaqişəsinə dair 4 qətnaməsini dərhal yerinə yetirməyi tələb etməlidir.
Trend-in məlumatına görə, bunu Moldova İctimai Palatasının prezidenti Aureliya Qriqoriu İtaliyanın Urbino şəhərində Malta Ordeni kavalyerlərinin konqresində çıxış edərkən deyib.
O, həmçinin Ordenin fəxri kavalyerlərini Xocalı soyqırımını tanımağa çağırıb: "Xocalıda vəhşicəsinə öldürülmüş insanlar yalnız azərbaycanlı olduqlarına görə qurbana çevriliblər".
A.Qriqoriu Ermənistanın Dağlıq Qarabağ və ətraf yeddi rayonu işğal etməsi nəticəsində Azərbaycanın üzləşdiyi qaçqın və məcburi köçkün problemindən də danışıb.