Bakı. Trend:
Ermənistana məxsus növbəti pilotsuz uçuş aparatı (PUA) vurulub.
Bu barədə Trend-ə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Məlumatda deyilir ki, bu gün axşam saatlarında cəbhənin Talış kəndi istiqamətində Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri üzərində uçuşlar həyata keçirməyə cəhd göstərən Ermənistan Silahlı Qüvvələrinə məxsus növbəti PUA bölmələrimizin sayıqlığı nəticəsində vaxtında aşkar olunaraq atəşlə məhv edilib.
Qeyd edək ki, bu, gün ərzində vurulan ikinci düşmən pilotsuz aparatıdır.