...

Mübariz Qurbanlı: Azərbaycanın hər hansı bir abidəni dağıtması barədə ermənilərdə fakt yoxdur (FOTO)

Ermənistan-Azərbaycan münaqişəsi Materials 26 Oktyabr 2017 11:54 (UTC +04:00)
Azərbaycanın hər hansı bir abidəni dağıtması barədə ermənilərin əlində fakt yoxdur.
Mübariz Qurbanlı: Azərbaycanın hər hansı bir abidəni dağıtması barədə ermənilərdə fakt yoxdur (FOTO)

Bakı. Elçin Mehdiyev – Trend:

Azərbaycanın hər hansı bir abidəni dağıtması barədə ermənilərin əlində fakt yoxdur.

Trend-in məlumatına görə, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Moskvada keçirilən dini liderlərin görüşündə imzalanan bəyanatda əks olunan “hər iki tərəfdə dini abidələr dağıdılır” fikrinə münasibət bildirərkən deyib.

O bildirib ki, əlimizdə təkzibedilməz faktlar var ki, erməni tərəfi işğal olunmuş Azərbaycan ərazilərində və zamanında Azərbaycan torpaqları olan indiki Ermənistan adlanan dövlətin ərazisində olan tarixi abidələrimizi kütləvi sürətdə dağıdırlar.

Komitə sədri bildirib ki, eyni zamanda, ermənilər Qafqaz Albaniyasına aid kilsələri də mənimsəyir, özününküləşdirməyə çalışırlar:

“Bu bəllidir və erməni tərəfi həmin sənəddə məsələləri təhrif edərək bu cür məlumat yaymağa çalışır. Əslində, o sənəddə Azərbaycan tərəfinə heç bir ittiham irəli sürülmür və Azərbaycanın hər hansı bir abidəni dağıtması barədə ermənilərin əlində hər hansı bir fakt yoxdur. Ermənilər həmişəki kimi yenə də uydurmadan istifadə edirlər”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti