Bakı. Trend:
Azərbaycanın işğal edilmiş ərazilərində daha bir erməni hərbçi həlak olub.
Bu barədə Trend Ermənistan mətbuatına istinadən məlumat verir.
1992-ci il təvəllüdlü hərbi qulluqçu Suren Ayvazyanın yol qəzası nəticəsində öldüyü bildirilir.
Hadisə ötən gün axşam saatlarında Dağlıq Qarabağda baş verib.
Ölən əsgərin şimal istiqamətində dislokasiya olunmuş hərbi hissələrdən birində xidmət etdiyi deyilir.
Faktla bağlı araşdırma aparılır.