Rəsmi Vaşinqton izah edib ki, ABŞ Konqresinin nümayəndələr Palatasının binasında "Dağlıq Qarabağın müstəqilliyinin 14 illiyi" münasibətilə təntənə keçirilməsinə görə məsuliyyət daşımır. Trend bildirir ki, sentyabrın 29-da Azərbaycan prezidenti İcra aparatının (PİA) xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov bu barədə jurnalistlərə bəyan edib.
Onun sözlərinə görə, Amerika hakimiyyəti rəsmi Bakının Konqresdə adıçəkilən təntənənin keçirilməsinə münasibətdə "mövqeyini bildirməsi"nə cavab olaraq bu izahatı göstərib. N.Məmmədov bildirib ki, Amerika hakimiyyəti "bu, bizim rəsmi mövqeyimiz deyil, buna görə də məsuliyyət daşımırıq"-deyə bəyan edib.
Azərbaycan PİA-nın yüksək vəzifəli nümayəndəsi bəyan edib ki, bu tədbir ABŞ-da bir qrup erməni dairələri tərəfindən təşkil edilib. O, bildirib ki, Amerikada istənilən belə bir qrup belə bir tədbiri keçirə bilər.
Qeyd edək ki, tədbir Ermənistanın ABŞ-dakı səfirliyi, Amerikanın Ay Data ofisi və ABŞ-da Dağlıq Qarabağ nümayəndəliyi tərəfindən təşkil edilib.
"Azadlıq, demokratiya və iqtisadi inkişaf yolunda tərəqqi" adlı tədbirin hörmətli qonaqları Böyük Britaniya lordlar Palatasının vitse-spikeri, baronessa Kerolayn Koks, çıxış edən senatorlar isə Frenk Pallone, Co Nollenberq, Adam Şif, Corc Radanoviç və digərləri olub.