...

Erməni qadın Ermənistana repartasiya olunub

Ermənistan-Azərbaycan münaqişəsi Materials 15 Dekabr 2005 17:41 (UTC +04:00)

2005-ci il dekabrın 15-də milliyyətcə erməni olan qadın Beynəlxalq Qırmızı Xaç Komitəsinin xətti ilə Azərbaycandan Ermənistana repartasiya olunub. Bu barədə Trend ə BQXK-nin Azərbaycandakı nümayəndəliyindən məlumat verilib.

Əməliyyat Azərbaycanın Qazax şəhəri ilə Ermənistanın İcəvan şəhəri arasındakı yolda baş tutub.

Qadın Azərbaycana bu il dekabrın əvvəllərində təsadüfən düşüb. Ermənistan və Azərbaycanın hökümətlərinin BQXK-nə müraciətindən sonra bu beynəlxalq strukturun nümayəndələri qadınla görüşərək, onun geri qayıtmaq barədə istiəynə əmin olduqdan sonra onun repartasiya olunmasına yardım edilib.

Azərbaycanda fəaliyyət göstərdiyi andan, 1992-ci ildən BQXK 654 nəfərin repartasiyasına yardım edib.

Xəbər lenti

Xəbər lenti