...

Elmar Məmmədyarov: Azərbaycan və Ermənistan prezidentlərinin Paris görüşündə Dağlıq Qarabağ probleminin nizama salınması üzrə danışıqların davam etdiriləcəyi aydın olacaq

Ermənistan-Azərbaycan münaqişəsi Materials 30 Yanvar 2006 16:19 (UTC +04:00)

Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Robert Köçəryanın fevralın 10-11-nə planlaşdırılmış Paris görüşündə Ermənistan-Azərbaycan-Dağlıq Qarabağ probleminin nizama salınması üzrə danışıqların davam etdiriləcəyi aydın olacaq. Trend ANS telekanalına istinadən bildirir ki, yanvarın 30-da bu barədə AR XİN başçısı Elmar Məmmədyarov bəyan edib.
"Biz həqiqətən düşünürük ki, görüş nəticəsiz başa çatsa, onda danışıqları davam etdirmək çox çətin olacaq. Biz (Azərbaycan - Trend ) Ermənistan tərəfinə aydınlaşdırmaq istəyirik ki, söhbət konseptual sülhdən getməlidir. Və qarşı tərəf başa düşməlidir ki, təhlükəsizliyin təmin edilməsi məsələləri də bu məsələ ilə bağlıdır"-deyə xarici siyasət idarəsinin rəhbəri bildirib və qeyd edib ki, "prinsipial məsələlərdə rəsmi Bakı kompromisə gedə bilməz".

Xəbər lenti

Xəbər lenti