Aprelin 21-də Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ATƏT-in Minsk Qrupunun rusiyalı həmsədri Yuri Merzlyakovla məsləhətləşmələr aparacaq. Bu barədə Trend ə Azərbaycanın XİN-nin mətbuat mərkəzindən məlumat verilib.
Məsləhətləşmələr E.Məmmədyarovun Moskvaya bir günlük səfəri çərçivəsində, MDB -yə üzv olan ölkələrin xarici işlər nazirləri Şurasının iclasında iştirak etmək məqsədilə keçiriləcək. Görüşdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasının aktual aspektləri müzakirə olunacaq.
E.Məmmədyarov həmçinin, ukraynalı həmkarı Boris Tarasyukla da məsləhətləşmələr keçirmək niyyətindədir.Nazir Bakıya aprelin 21-də axşam saatlarında qayıdacaq.