Aprelin 22-də ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Stiven Mənn Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov tərəfindən qəbul edilib. Bu barədə Trend ə Azərbaycan XİN-nin mətbuat mərkəzindən məlumat verilib.
Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasının hazırkı mərhələsinə dair fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, Bakıya gəlişi zamanı S.Mənn jurnalistlərin sullarını cavablandırmaqdan imtina edib. Bundan başqa, yekun mətbuat konfransının keçirilməsi də planlaşdırılmır.