Qarabağ Azadlıq Təşkilatı iyulun 23-də Ağdamın işğalının 13-cü ildönümünü qeyd edəcək. Bu barədə Trend ə Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı məlumat verib.
O bildirib ki, işğalın ildönümü ilə əlaqədar iyulun 23-də saat 11.00-da Şəhidlər Xiyabanı ziyarət olunacaq. QAT ziyarətdə iştirak etmək üçün qaçqın və məcburi köçkünlərə, icitmai-siyasi təşkilatlara, ictimaiyyət nümayəndələrinə müraciət edib.
Akif Nağı onu da deyib ki, İsveçdə yaşayan azərbaycanlılar Ağdamın işğalının ildönümü ilə bağlı iyulun 22-də mitinq keçirəcəklər. Mitinqi İsveç Azərbaycanlıları Federasiyası və digər qurumlar təşkil edirlər.