Nazir müavini: İşğal olunmuş ərazilərdə qanunsuz məskunlaşdırma davam edir
İşğal olunmuş ərazilərdə qanunsuz fəaliyyət, o cümlədən qanunsuz məskunlaşdırma davam edir. Bu barədə, Trend agentliyinin məlumatına əsasən, xarici işlər nazirinin müavini Araz Əzimov bəyan edib.
"Təbii, bu prosesin miqyası fərqlənə bilər, lakin hazırda bizdə olan məlumat məsələnin müzakirəsini davam etdirməyə imkan verir" - deyə A.Əzimov qeyd edib.