Azərbaycan, Bakı /müx. Trend A.İsmayılova/ Azərbaycanın BMT-dəki daimi nümayəndəliyi GUAM ölkələri ərazisində dondurulmuş münaqşələr məsələsinin növbəti dəfə Baş Assambleyanın 61-ci sessiyasına çıxarılması üçün intensiv məsləhətləşmələri davam etdirir.
Azərbaycanın BMT-dəki səfiri Aqşin Mehdiyev bildirib ki, müzakirələrin keçirilməsinin dəqiq tarixi hələ müəyyən edilməyib.
Bundan öncə Moldovanın BMT-dəki daimi səfiri Aleksey Tulbure bildirib ki, Gürcüstan, Ukrayna, Azərbaycan və Moldova tərəfindən qaldırılmış keçmiş sovet məkanında "dondurulmuş münaqişələr" barədə məsələyə BMT Baş Assambleyasının sessiyasında bu yazda baxılacaq. O qeyd edib ki, qətnamənin layihəsinin özəyi var, o cümlədən Rusiya ilə fəal məsləhətləşmələr davam etdirilir.
Yüksək səlahiyyətli diplomat bildirib: "Bizim layihədə orjinal və ya şok yaradıcı heç bir ideya yoxdur, biz cəbhələşmədən imtina etmişik".