...

Amerika diplomatı Metyu Brayza: "Ermənistan və Azərbaycan razılıq əldə etməyə yaxındırlar"

Ermənistan-Azərbaycan münaqişəsi Materials 22 İyun 2007 14:57 (UTC +04:00)
Amerika diplomatı Metyu Brayza: "Ermənistan və Azərbaycan razılıq əldə etməyə yaxındırlar"

Azərbaycan, Bakı /müx. Trend E.Hüseynov/ ABŞ dövlət katibi köməkçisinin müavini , ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Metyu Brayza hesab edir ki, Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycan və Ermənistan tərəfi razılığa yaxındırlar və danışıqlar proses payızda bərpa oluna bilər. Bu haqda Brayza iyunun 9-10-da Sankt-Peterburqda Azərbaycan və Ermənistan prezidentləri arasında keçirilən danışıqların növbəti mərhələsi barədə "Amerkanın səsi" radiosunun rus xidmətinə müsahibəsində bəyan edib.

Brayza son il ərzində Azərbaycanın və Ermənistanın xarici işlər nazirləri arasında görülən böyük işi xüsusi qeyd edib və "dioloqda irəliləyişə nail olduqları" üçün hər iki ölkə prezidentini təqdir edib. "Mən Sankt-Peterburqda keçirilən görüşdə iştirak etdim. Həmsədrlər irəliləyişin olmamasından narahatdırlar , amma proses davam edir, biz ümid edirik ki, prezidentlər bir neçə aydan sonra yenidən göruşəcəklər" - deyə o bildirib.

Diplomat hesab etmir ki, Ermənistan, Azərbaycan, ABŞ və Rusiyada keçiriləcək seçkilər Dağlıq Qarabağla bağlı danışıqların aktivləşməsinə təsir edəcək.

"Ermənistanda keçirilən parlament seçkilərindən əvvəl biz danışıqlar prosesinin pozulmasından narahat idik. Amma bu baş vermədi. İndi isə Ermənistanda prezident seçkilərini gözləyirik. Əlbəttə ki, hər seçkiqabağı kampaniya siyasi manevrlərlə məhdudlaşır, halbuki Ermənistandakı prezident seçkilərinin prosesə son qoyacağını düşünməyə əsas yoxdur" - deyə o bildirib.

Brayzanın sözlərinə görə, ATƏT-in Minsk qrupunun həmsədrləri artıq iki ildir ki, həll yolunun prinsipləri ilə bağlı danışıqlar aparırlar. Bu prinsiplər referendum yolu ilə Dağlıq Qarabağın statusunu müəyyənləşdirməyə imkan verəcək və bu referendum Dağlıq Qarabağ ərazilərindən erməni qüvvələrinin çıxarılması, Dağlıq Qarabağ və Ermənistan arasında dəhlizin yaradılması, regiondə sülhməramlı qüvvələrin yerləşdirilməsi kimi mühüm hadisələrin fonunda baş verəcək.

"Mən deyə bilərəm ki, biz prosesin payızda bərpa olunacağına ümid edirik" - deyə amerikalı diplomat bildirib.

Qarabağ tərəfini danışıqlar prosesinə daxil etmək məsələsinə münasibət bildirərək Brayza bildirib: "Hazırda Azərbaycan və Ermənistan hökumətləri arasında danışıqlar aparılır. Ötən il Dağlıq Qarabağ danışıqlarda iştirak edib, mümkündür ki, gələcəkdə də iştirak etsin".

Hazırda Azərbaycan və Ermənistan liderləri prosesə həyat verməyin yollarını axtarıb tapmalıdırlar.

Danışıqlar prosesində Avropa İttifaqının (Aİ) rolundan danışaraq Brayza bildirib ki, fəaliyyətin qeyri-formal koordinasiyası mövcuddur: "Bizim, Minsk qrupu həmsədrlərinin Avropa İttifaqının Cənubi Qafqaz üzrə nümayəndəsi Piter Semnebi ilə yaxşı münasibətlərimiz var. Praktiki məsələlərə gəldikdə isə Minsk qrupu özü danışıqlar aparır və Avropa İttifaqı ilə sıx əlaqələr saxlayır. Minsk qrupu həmsədrləri, yəni ABŞ, Fransa, Rusiya Aİ ölkələrinin qeyri-rəsmi mövqeyini təqdim edir, belə ki, hazırda Aİ və Minsk qrupu arasında koordinasiya qeyri-rəsmi, amma realdır".

Xəbər lenti

Xəbər lenti