...

Cəbhə bölgəsinə səfərlər təşkil olunacaq

Ermənistan-Azərbaycan münaqişəsi Materials 2 İyul 2007 13:21 (UTC +04:00)

Azərbaycan, Bakı, 2 iyul/müx. "TrendLife" Fərid Sadıxov/ Tərxis olunmuş hərbçilərin gəncləri maarifləndirməsi İctimai Birliyi ordu-cəmiyyət münasibətlərinin genişləndirilməsi istiqamətində silsilə tədbirlər keçirir. Qeyd edək ki, İctimai Birlik mütəmadi olaraq jurnalistlərin cəbhənin müxtəlif istiqamətlərindəki hərbi hissələrə səfərini təşkil edir.

Təşkilatın sədri Emin Həsənlinin "TrendLife"a verdiyi məlumata görə, ictimaiyyət nümayəndələrinin cəbhə bölgəsinə növbəti səfərini iyulun ortalarında təşkil edəcəklər. Bu dəfəki səfər Bərdə-Tərtər bölgəsindəki hərbi hissələrə olacaq. Amma həmişəkindən fərqli olaraq iyulda cəbhə bölgəsinə jurnalistlər deyil, QHT rəhbərləri aparılacaq. Hazırda bu istiqamətdə hazırlıq işləri görülür. Həsənlinin sözlərinə görə, daha sonrakı səfərlərdə alim, yazıçı və müğənnilərdən ibarət qrupların da cəbhə xəttinə yaxın ərazilərdəki hərbi hissələrə aparılması nəzərdə tutulur.

Xəbər lenti

Xəbər lenti