...

Rəsmi Bakı Dağlıq Qarabağ münaqişəsinin nizama salınması üzrə danışıqlar formatının dəyişdirilməsinin əleyhinədir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 5 Sentyabr 2007 19:55 (UTC +04:00)
Rəsmi Bakı Dağlıq Qarabağ münaqişəsinin nizama salınması üzrə danışıqlar formatının dəyişdirilməsinin əleyhinədir

Azərbaycan, Bakı / Trend , müxbir S.Ağayeva/ Hələ ki, erməni-azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlar formatının dəyişdirilməsinə lüzüm yoxdur. Bu barədə çərşənbə günü Azərbaycan Respublikası Prezident Aparatının beynəlxalq əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov məlumat verib.

"Dağlıq Qarabağ münaqişəsinin yeni həll formatının axtarışı istiqamətindəğ dialoqun vaxtı yetişib" - deyə dünən Tiflisdə ATƏT-in fəaliyyətdə olan sədri, İspaniyanın xarici işlər naziri Miqel Anhel Moratinos məlumat verib. "Mən dünən Brüsseldə Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə görüşüdüm və onlara artıq yeni insiativlərin irəli sürülməsini və hazırki formatın tərəfləri təmin etmədiyni bildirdim" - deyə o məlumat verib. "Mən onlara dedim ki, yeni dialoqun aparılması və hazırkı vəziyyətdən hər hansı bir çıxış yolunun tapılması vatxtı yetişib" -deyə İspaniya XİN başçısı əlavə edib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana ərazi iddiası ilə başlayıb. Azərbaycanın 20 % ərazisi xüsusilə Dağlıq Qarabağ və ona bitişik 7 rayon Ermənistan silahlı qüvvələrinin işğalı altındadır. 1994-cü ilin mayında tərəflər ATƏT-in Minsk qruppunun himayəsi ilə atəşkəs rejiminə nail olub və hələdə Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə uğursuz sülh danışıqları aparılır.

Şöbə müdirinin sözlərinə görə, vasitəçilər- ATƏT-in Minsk qrupunun həmsədrləri onlara həvalə olunan münaqişənin həlli üzrə öhdəlikləri yerinə yetirməyə çalışdılar. "Doğrudur, onlar qarşıya qoyulmuş məqsədi həyata keçirə bilmirlər, lakin bu o demək deyil ki, danışıqların formatını dəyişmək lazımdır" - deyə Məmmədov vurğulayıb.

Onun rəyinə görə, əgər söhbət münaqişənin həllinə yardım etmək, yəni bu prosesə əlavə güc və dairələrin cəlb edilməsi barədə gedirsə, o zaman burada heç bir neqativ hal yoxdur.

"Münaqişənin həllində qanunverici bazanı ATƏT-in Minsk qruppu hazırlayır. Lakin prosesə digər ölkələrin gücünü də cəlb etmək mümkündür" - deyə Məmmədov söyləyib.

Avropa Şurası, Avropa İttifaqı və digər beynəlxalq təşkilatlar münaqişənin həlli üzrə ədalətli mövqe nümayiş etdirə bilərlər, lakin danışıqlar formatı dəyişdirmək çox tezdir" -deyə Azərbaycan nümayəndəsi qeyd edib.

Xəbər lenti

Xəbər lenti